Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident strateji yol tikintisinə vəsait ayırdı

95
(Yenilənib 18:47 15.10.2018)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,2 milyon manat ayrılıb

BAKI, 15 oktyabr — Sputnik. Prezident İlham Əliyev Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 9,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sərəncamda qeyd olunub ki, son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş verib, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranıb. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranıb.

95
Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, avtomobil yolu, sərəncam, Prezident İlham Əliyev
Hamilə qadın, arxiv şəkli

Doğuma görə cərimə varmış

2
(Yenilənib 14:41 14.08.2020)
Adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "Şəhər əhalisi arasında da doğumun gec qeydə alınması faktları var, lakin bu rəqəm o qədər də yüksək deyil. Şəhər yerində bu gecikmələrə ad seçimi, yaşayış yerindən uzaqlaşaraq başqa yerdə yaşamaları da səbəb olur. Bəzən gündəlik işlər və problemlər də buna səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 1 saylı Bakı "ASAN Xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib. O bildirib ki, adətən birinci övlad dünyaya gəldikdə valideynlərin məlumatsız olması bu cür gecikmələrə səbəb olur: "Üzrlü səbəb olmadıqda, bu zaman 10 manat cərimə tətbiq edilir".

2
Müəllimlərin imtahanı, arxiv şəkli

Müəllimlərin imtahanına tələbələr nəzarət edəcəklər

1
(Yenilənib 14:20 14.08.2020)
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər

BAKI, 14 avqust — Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən 66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.

Həmçinin, müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və "Bir" tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər.

1
Əlaqədar
Bu gün növbəti qəbul imtahanları keçirilir
İmtahanların nəticələri ilə əlaqədar müraciət edənlərin nəzərinə
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
DİM kolleclərlə bağlı abituriyentlərə müraciət etdi