BAKI, 15 oktyabr — Sputnik. Şəhid hərbi qulluqçuların 85 faizinin vərəsələri bu günədək birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari il oktyabrın 9-dan sənədlərinin qəbuluna başlanılıb.
Bununla əlaqədar aidiyyatı qurumlardan alınmış siyahılar əsasında şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) "Birdəfəlik ödəmə" bölməsi işə salınıb. Bölmədə vətəndaşlar tərəfindən şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilərək, şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.
Bugünədək şəhid hərbi qulluqçuların birdəfəlik ödəməni almaq hüququ olan vərəsələrinin 85 faizi, sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların vərəsələrinin 77 faizi, o cümlədən şəhid hərbi quluqçuların sığorta ödənişi edilmiş vərəsələrinin 79 faizi sayt vasitəsilə axtarış apararaq müvafiq məlumat əldə ediblər.
Hazırda saytda yerləşdirilmiş "Birdəfəlik ödəmə" bölməsi vasitəsilə sorğuların real vaxt rejimində cavablandırılması prosesi davam edir.
BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.
Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.
View this post on Instagram
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.
Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!
BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.
Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.