Uşaq dərs zamanı, arxiv şəkli

Məktəblərdə yoxlama olacaq - Qripli uşaqlar dərsə buraxılmayacaq

91
(Yenilənib 10:59 14.10.2018)
Hər gün dərs başlamazdan əvvəl bütün şagirdlərin sağlamlıq vəziyyəti yoxlanılacaq

BAKI, 14 oktyabr — Sputnik. İnfeksion xəstəliklərinin qarşısını almaq üçün hər gün dərs başlamazdan əvvəl şagirdlərin sağlamlıq vəziyyəti yoxlanılacaq. Özünü pis hiss edən, yüksək hərarəti olan şagirdlər məktəbdən uzaqlaşdırılacaq.

Sputnik Azərbaycan "Xəzər xəbər"ə istinadən xəbər verir ki, artıq Səhiyyə Nazirliyi müəllimlərin və valideynlərin bu narahatlığına son qoymaq üçün tədbirlərə başlayıb. Ölkədəki bütün orta məktəblərdə qrip və kəskin respirator infeksiyaların yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard bildirib ki, özünü pis hiss edən, yüksək hərarəti olan şagirdlər məktəbdən sağalanadək uzaqlaşdırılacaqlar.

Hər gün dərs başlamazdan əvvəl bütün şagirdlərin sağlamlıq vəziyyəti yoxlanılacaq. Şagird sayı çox olan məktəblərdə tibb bacıları ilə yanaşı, sinif rəhbərlərinin də köməyindən istifadə olunacaq. Yoluxma hadisələrinin sayı çox olacağı təqdirdə, məktəblərdə dezinfeksiya işlərinin aparılması üçün göstəriş də verilib.

Həkim-epidemioloqun sözlərinə görəhazırda məktəblərdə virusa yoluxma halları ilə bağlı narahatlıq yoxdur.

91
Teqlər:
yoxlama, dərs, məktəb, qrip, İnfeksion xəstəliklər
Heydər Əliyev Sarayı, arxiv şəkli

Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib

3
Layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

 

BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.

3

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

16
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

16

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17