Зал ожиданий Бакинского железнодорожного вокзала

Dəmir yolu işçilərinin peşə bayramı qeyd olundu

38
(Yenilənib 19:33 12.10.2018)
Bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri, təqdim olunub.

BAKI, 12 oktyabr — Sputnik. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Azərbaycan Dəmir Yollan" QSC-də keçirilən tədbiri giriş sözü ilə açan sədr Cavid Qurbanov tədbir iştirakçılarını dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib. 

Sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxunub. 

Cavid Qurbanov çıxışına davam edərək bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf etmiş və təkmilləşib. 

Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci il oktyabrın 3-də SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə SSRİ Yollar müstəqil dəmir yolu elan olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb, 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalayıb. 

138 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daima inkişafda olub və ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatıb. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. 

Tədbirin sonunda bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri, təqdim olunub.

38
Əlaqədar
Bakı-Tbilisi-Qars dəmir yolu türk dünyasına nə vəd edir - ekspert şərhi
Dəmir yolu vağzalında bomba axtarışları başa çatdı, nəticə açıqlandı
Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən işə düşəcək
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılacağı tarix dəqiqləşdi