Автобус, фото из архива

Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

180
(Yenilənib 16:21 12.10.2018)
53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib

BAKI, 12 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.

180
Əlaqədar
Bakı Nəqliyyat Agentliyi yağışın yaratdığı problemlər barədə açıqlama verdi
Sürücülərin nəzərinə: Bakı Nəqliyyat Agentliyi xəbərdarlıq etdi
Bakı Nəqliyyat Agentliyindən taksi sürücüləri üçün "sürpriz"
Yol-nəqliyyat hadisələri nəticəsində dörd nəfər öldü