Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev böyük kompleksin inşasına 20 milyon ayırdı

253
(Yenilənib 19:58 10.10.2018)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 19,8 milyon manat ayrılıb

BAKI, 10 oktyabr — Sputnik. Prezident İlham Əliyev Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda bildirilir ki, ölkədə vahid standartlar çərçivəsində idarə olunan və vətəndaşlara keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə dövlət xidmətləri göstərilməsini təmin edən 17 mərkəz – “ASAN xidmət”, “ASAN Kommunal” və “ABAD” mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinə dövlət qurumu və digər təşkilatların üç minədək əməkdaşı, habelə 13 mindən çox könüllü gənc cəlb edilib.

Prezident İlham Əliyev Tacikistana səfərə gedib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“ASAN Həyat” kompleksləri və “ABAD” mərkəzləri vasitəsilə, həmçinin məşğulluğun inkişafı istiqamətində tədbirlər həyata keçirilib, 19 milyondan çox vətəndaş müraciəti üzrə əldə edilən məmnunluq əmsalı daima yüksək səviyyədə olub.

Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.1-ci yarımbəndində göstərilmiş məbləğin 19,8 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

253
Teqlər:
ASAN Həyat” kompleksi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident İlham Əliyev