Ətrafdakı iaşə obyektlərinin işçiləri əllərinə keçən bütün zir-zibili Kürə tökürlər

Qonşunun zülmü azmış, öz zalımlarımız da bu yandan çıxıb

11243
(Yenilənib 18:09 09.10.2018)
Yaxın günlərdə digər aidiyyatı qurumların da təmsil olunacağı monitorinq qrupu yaradılacaq

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Mingəçevir şəhərində Kür çayının kənarında yerləşən "Sahil" parkı şəhər sakinlərinin və bura gələn turistlərin əsas istirahət məkanlarındandır. Axşam saatlarında qələbəlik olan istirahət məkanına gündüzlər, əsasən, yaşlı insanlar gələrək, təmiz hava udub istirahət edirlər. Lakin son vaxtlar sakinlər bu gözəl məkandan qaçaq düşüblər.

Şəhər sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətlərində suyun çirkli, üfunətli iyindən çaya yaxın durmaq mümkün olmadığını deyiblər. Onlar istirahət məkanında fəaliyyət göstərən iaşə obyektlərinin işlərinə məsuliyyətsiz yanaşmasından, əllərinə keçən zir-zibili çaya tökməsindən və buna nəzarətin olmamasından şikayətləniblər.

Ətrafdakı iaşə obyektlərinin işçiləri əllərinə keçən bütün zir-zibili çaya tökürlər
© Sputnik / Ilham Mustafa
Ətrafdakı iaşə obyektlərinin işçiləri əllərinə keçən bütün zir-zibili çaya tökürlər

Şəhər sakini Fikrət Həsənov Mingəçevirdə Kürə qarşı sərgilənən ögey münasibətdən gileylənib: "Hər gün Kürün qırağında 5 km piyada gəzirəm. Hər gün sahilə yaxınlaşanda çirklənmiş ərazini görürəm, ürəyim ağrıyır. Burada bir neçə iaşə obyekti tikilib, əksəriyyəti da zibilini çaya atır. Heç bir qurum bununla maraqlanmır, nəzarət yoxdur. Nəticədə üfunət iyindən sahildə gəzmək olmur".

Fikrət Həsənov
© Sputnik / Ilham Mustafa
Fikrət Həsənov

Təqaüdçü müəllim Vahid Quliyev isə çayı zibilləyənlərə qarşı ictimai qınağın artırılmasını istəyir: "Kür Gürcüstandan axıb gəlir. Çox vaxt çayın oradan çirkləndirilməsi ilə bağlı şikayətlər səsləndirirlər. Lakin biz özümüz heç onun təmiz saxlanmasına əməl etmirik. Kimin əlinə nə keçir, suya atır. Bunun qarşısını almaq üçün ictimai qınaq olmalıdır, tək aidiyyatı qurumlar yox, şəhər əhalisi də Kürün təmizliyinə nəzarət etməlidir".

Vahid Quliyev
© Sputnik / Ilham Mustafa
Vahid Quliyev

"Düzdür, deyirlər, su saflıqdır, murdarlıq götürməz, amma biz o suyu saflıqdan çıxarmışıq" — deyən V.Quliyev aidiyyatı qurumların mütəmadi iməciliklər, tədbirlər keçirməsini, sakinlərin də hamılıqla təmizlik işlərində iştirak etməsini məsləhət görür.

Şəhər sakini Məhəmməd Bayramov isə 6 il öncə ürəyindən əməliyyat olunduğunu, buna görə də hər gün çay sahilinə gedərək, piyada gəzdiyini deyir. Lakin kəskin üfunət iyi səbəbindən, o, artıq gəzinti üçün yeni ərazi axtarmağa məcbur olub: "Acınacaqlı durum yaranıb. Yosun bir tərəfdən çayı basıb, atılan zibillər də ona ilişib qalır suyun üzündə. Qaldıqca da başlayır üfunət iyi verməyə".

Məhəmməd Bayramov
© Sputnik / Ilham Mustafa
Məhəmməd Bayramov

"Həmişə bura həvəskar balıqçılar çıxırdı. Daha onlar da burda balıq tutmur, deyirlər ki, tutduqları balığın dadı dəyişib. Buranın çirklənməməsi üçün ilk növbədə nəzarət olmalıdır. Ən azından, xəbərdarlıq nişanları qoyulmalı, əməl etməyənlər cərimələnməlidir ki, belə hallar yaşanmasın. İaşə obyektlərinin sahibləri də müştərilərinin rahatlığı üçün ərazini çirklənmədən qoruya bilərlər" — şəhər sakini vurğulayıb.

Problemlə bağlı 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdir müavini Şahin Məmmədovla əlaqə saxladıq. Ş.Məmmədov sözügedən problemlə bağlı bir neçə vaxtdır məşğul olduqlarını bildirib.

Qeyd edib ki, yaxın günlərdə digər aidiyyatı qurumların da təmsil olunacağı monitorinq qrupu yaradılacaq: "Monitorinq qrupu tərəfindən ərazinin hansı səbəblərdən çirklənməsi araşdırıldıqdan sonra bir neçə təşkilatın iştirakı ilə Kür sahilinin təmizlənmə işlərinə başlanılacaq".

11243
Teqlər:
çirkləndirmə, Mingəçevir şəhəri, zibil, sakin, Kür çayı
Əlaqədar
Ekspert: “Vətəndaşlar ekologiyanı çirkləndirən obyektləri boykot etməlidirlər”
Xəzəri çirkləndirənlər cəzalandırıldı
İndi də bizi dənizdən belə uzaqlaşdırırlar: Üfunət, tullantı, çirkab suyu...
Havanı ən çox çirkləndirənlərin adları açıqlandı
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

33
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

33
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

67
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

67
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN