CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrükdən 16 min keçirmək istəyən saxlanılıb

© REUTERS / Romeo Ranoco100-долларовые купюры. Архивное фото
100-долларовые купюры. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib

BAKI, 8 oktyabr — Sputnik. Gömrük əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən aparılması cəhdinin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Gömrük Komitəsindən məlumat verilib.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə, Gürcüstan vətəndaşı bəyənnamədə göstərdiyi 1000 ABŞ dollarından artıq pul vəsaitinin olmadığını bildirib. Lakin yoxlama zamanı yük maşınının kabinəsində radio-maqnitofon üçün nəzərdə tutulmuş, ancaq boş olan hissədə kağız bağlamanın olduğu müşahidə edilib. Kağız bağlama gizlədilmiş yerdən çıxarılıb açılarkən içərisindən gömrük nəzarətindən gizlədilmiş 16085 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0