Рыбаки в открытом море, фото из архива

Azərbaycanda hansı balıq növlərinin ovlanması qadağan edilib - RƏSMİ

64
(Yenilənib 16:33 07.10.2018)
Nərə, bölgə, uzunburun balıqlarının isə Azərbaycanın su hövzələrində qanunvericiliklə ovu qadağan olunub

BAKI, 7 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanması qadağan edilmiş balıq növlərinin adını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Xəzər qızılbalığının adı “Qırmızı kitab”a daxil edilib.

Nərə, bölgə, uzunburun balıqlarının isə Azərbaycanın su hövzələrində qanunvericiliklə ovu qadağan olunub.

64