Bakıda yağan yağış

Paytaxtın bu yollarında sürət həddi endirildi

31
Məlumata görə, eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub

BAKI, 7 oktyabr — Sputnik. Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti — Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Məlumata görə, eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub: "Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir". 

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin, metereoloji amilləri nəzərə alsınlar.

31
Əlaqədar
Bakı Nəqliyyat Agentliyi yağışın yaratdığı problemlər barədə açıqlama verdi
Sürücülərin nəzərinə: Bakı Nəqliyyat Agentliyi xəbərdarlıq etdi
Taksi problemlərinizi bu nəqliyyat uğurla həll edəcək
Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət etdi
Yol-nəqliyyat hadisələri nəticəsində dörd nəfər öldü