Metro qatarı, arxiv şəkli

Metroda insanları narahat edən problemin səbəbi bilindi

140
(Yenilənib 17:38 05.10.2018)
Qatar texniki baxış üçün depoya göndərilib

BAKI, 5 oktyabr — Sputnik. Bu gün saat 13:15 radələrində "Bakı Metropoliteni"nin fəaliyyətində problem yaranıb. Metronun "İçərişəhər" stansiyasında qatarların hərəkəti dayanıb. Nəticədə stansiyada sərnişin sıxlığı müşahidə olunub.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu gün saat 13:15 radələrində “İçərişəhər” metrostansiyasına gedən qatarda texniki nasazlıq yaranıb: "Maşinist 7-8 dəqiqə ərzində qatarın fəaliyyətini bərpa edib. Bu da intervala təsir edib. Nəticədə bütün stansiyalarda sıxlıq müşahidə olunub. Ümumilikdə 10-11 dəqiqə qrafikdə gecikmə baş verib. Qatar isə texniki baxış üçün depoya göndərilib".

140
Teqlər:
texniki nasazlıq, Bəxtiyar Məmmədov, maşinist, interval, sıxlıq, "Bakı Metropoliteni" QSC
Əlaqədar
Metro ilə gedənlər üçün önəmli xəbər
Bu metro stansiyasında məhdudiyyət müvəqqəti götürülür
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı
Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO
Metro pulsuz oldu – İlginc səbəb