Milli Məclis

Milli Məclisdə sürücülərlə bağlı cəzaların sərtləşdirilməsi təklif olunub

342
(Yenilənib 15:04 05.10.2018)
"Sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur"

BAKI, 5 oktyabr — Sputnik. "Sərnişindaşıma ilə məşğul olan şirkətlərə ciddi nəzarət olmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında son dövrlərdə sürücülərin ehtiyatsızlığı ucbatından baş verən qəzalara münasibət bildirərkən deyib.

Bu günlərdə Binə qəsəbəsində baş verən qəzanı xatırladan deputat hadisədən kədərləndiyini dilə gətirib: "Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil. Buna bənzər hadisələr bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradır. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq".

Onun sözlərinə görə, sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur: "Bəzi avtobuslarda gediş haqqı kartla ödənildiyi halda, bir çoxlarında bu, tətbiq olunmur və nəticədə ciddi problemlər yaradır".

F.Ağamalı təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə konkret əlavələr olunmalıdır.

342
Teqlər:
cəza, qəza, avtobus, sürücü, şirkət, sərnişindaşıma
Əlaqədar
Azərbaycanlılar Rusiyada qəzaya uğrayıb
Bakıda yenə ağır qəza baş verib - VİDEO
Bərdədə ağır yol qəzası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
Ağır qəza oldu, sürücülər xəsarət aldı