Milli Məclis

Azərbaycanda yeni yaş məhdudiyyəti tətbiq ediləcək

9299
(Yenilənib 13:22 05.10.2018)
Lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin sahibidir

BAKI, 5 oktyabr — Sputnik. "Lotereyalar haqqında" qanunda dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən qanuna "Elektron lotereya" anlayışı əlavə olunub.

Elektron lotereya — lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsi ilə həyata keçirdiyi lotereyadır.

Həmçinin, dəyişikliklə, lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilib. Belə ki, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibidir.

Digər dəyişikliyə görə, lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir.

Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir.

Lotereyanın şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırda qüvvədə olan qanun aəsasən lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilər.

Layihə səsə qoyularaq ilk oxunuşda qəbul edilib.

9299
Teqlər:
dəyişiklik, yaş məhdudiyyəti, plenar iclas, Milli Məclis, "Lotereyalar haqqında" qanun
Əlaqədar
Bir ildə lotereyadan iki dəfə qazandı və milyonçu oldu
İki dəfə lotereyada cek-pot udan şəxsdən məsləhət…
Lotereyada 2 milyon qazanan şəxs intihar edib
ABŞ vətəndaşı lotereyada elə bir məbləğ uddu ki...

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

11
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

11
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

6
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

6