Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Dövlət başçısı onları mükafatlandırdı

114
(Yenilənib 19:01 04.10.2018)
İlham Əliyev təhsil işçiləri ilə bağlı sərəncamlar imzalayıb

BAKI, 4 oktyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib, bir qrup təhsil işçisi “Tərəqqi” medalı ilə təltif edilib.

Siyahı ilə dövlət başçısının rəsmi saytında tanış ola bilərsiniz.

114
Teqlər:
əməkdar müəllim, 'Tərəqqi' medalı, təltif, sərəncam, Prezident İlham Əliyev
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

Azərbaycan hərbçiləri ən yeni nəsil texnikanın istifadəsini öyrənirlər

3
(Yenilənib 13:19 30.07.2021)
Kurslara cəlb olunan gənc zabitlər Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsinə malik hərbi qulluqçulardır.

BAKI, 30 iyul — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birinə gəliblər.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə məruzə olunub ki, təhsil prosesi çərçivəsində ən yeni nəsil texnikanın istifadəsi üzrə keçirilən dərslərə xüsusi diqqət yetirilir. Bildirilib ki, kurslar zamanı hərbi qulluqçular qoşunların silahlanmasında olan müasir döyüş vasitələrinin taktiki-texniki xüsusiyyətlərini və istifadə qaydalarını öyrənirlər.

  • Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
    © AR Ministry of Defence
  • Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
    © AR Ministry of Defence
  • Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

Eyni zamanda hərbi qulluqçular silah və hərbi texnikanın digər müasir nümunələrini də öyrənir, taktikada və döyüş hazırlığının digər fənlərində öz vərdişlərini təkmilləşdirirlər. Qeyd edilib ki, kurslara cəlb olunan gənc zabitlər Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsinə malik hərbi qulluqçulardır.

Sonda müdafiə naziri hərbi qulluqçuların tank və piyada döyüş maşınlarında yerinə yetirdikləri təlim tapşırıqlarını və atış məşğələlərini izləyib.

Eləcə də oxuyun:

3
Teqlər:
Zakir Həsənov, məşq, hərbçilər, Müdafiə Nazirliyi
Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya

Azərbaycan Tokioda ilk medalını qazandı

15
(Yenilənib 13:25 30.07.2021)
Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya üçüncü yer uğrunda görüşdə rəqibinə ipponla qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb.

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Tokio Yay Olimpiadasında ilk medalını qazanıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb.

Kindzerskaya yarışa 1/8 final mərhələsindən qoşulub və Bosniya və Herseqovina idmançısı Larisa Çeriçə qalib gəlib. 1/4 finalda isə idmançımız koreyalı cüdoçu Mijin Xanı məğlub edib.

  • Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib
    © REUTERS / ANNEGRET HILSE
  • Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib
    © REUTERS / ANNEGRET HILSE
  • Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib
    © REUTERS / ANNEGRET HILSE
  • Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib
    © REUTERS / SERGIO PEREZ
1 / 4
© REUTERS / ANNEGRET HILSE
Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib

İdmançımız yarımfinalda Yaponiyanın 21 yaşlı dünya çempionu Akira Sone ilə qarşılaşıb. Təəssüf ki, bu dəfə özü ipponla uduzan Kindzerska qızıl medal şansını əldən verib.

Azərbaycanı təmsil edən digər ağır çəkili idmançı Uşanqi Kokauri (100 kq-dan çox) Olimpiadada çıxışlarını artıq başa vurub. İlk qarşılaşmada polşalı idmançı Matsey Sarnaka qalib gələn Kokauri növbəti mərhələdə dünya reytinqinin lideri Rafael Silvaya məğlub olub.

22 azərbaycanlı atlet evə qayıdır

Artıq 22 idmançımız Tokio Olimpiya oyunlarında heç bir mükafat əldə etmədən çıxışlarını başa vurub.

Bunlar – taekvondoçular Fəridə Əzizova (67 kq) və Milad Beiqi Harçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (100 kq-dan çox) və Aişə Qurbanlı (48 kq), boksçular Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (91 kq-dan çox), üzgüçülər Maksim Şemberov və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov və çoxnövçü Rostislav Pevtsov və badmintonçu Edi Reski Dviçayodur.

Azərbaycan Tokio-2020-də

Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

15
Teqlər:
cüdo, medal, Azərbaycan, Tokio Yay Olimpiya Oyunları