Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paşinyanı “bəyənən” azərbaycanlı futbolçu üzr istədi — FOTO

© AFP 2023 / Sergei GAPON Ermənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Renat Dadaşov etdiyinə görə təəssüfləndiyini bildirib

BAKI, 4 oktyabr — Sputnik. Futbol üzrə gənclərdən ibarət Azərbaycan millisinin oyunçusu Renat Dadaşov Ermənistan baş naziri Nikol Paşinyanın fotosuna "like" qoyduğuna görə üzr istəyib. Sputnik Ermənistan bu barədə "Azerisport.com"-a istinadən xəbər verir.

Ermənistan baş nazirinin fotosunu Almaniyada yaşayan Levo adlı reper öz "İnstagram" səhifəsində yazıb. Dadaşovun sözlərinə görə, o Levo ilə bir məktəbdə oxuyub.

"Mən heç onun kim olduğunu bilmirdim. Mən hətta nə etdiyimi və bu "like"-in necə yarandığını bilmədim. Bizim internasional məktəbimiz olub və orada almanlar, türklər, ruslar, ermənilər və digər millətlərin nümayəndələri birlikdə oxuyub. Bizim ümumi dostlarımız olub. Almaniyada, biz millətlərə görə bölünmürdük" — deyə futbolçu bildirib.

O, deyib ki, foto may ayında sosial şəbəkəyə qoyulub. O isə yalnız indi müvafiq şəklə "like" qoyduğunu görüb: "Təsadüfən olub, mən bunu etməməli idim. Mən bu münaqişənin tarixini yaxşı bilirəm və mən bunu yaxşı anlayıram".

© AFP 2023 / Daniel ROLANDRenat Dadaşov
Renat Dadaşov - Sputnik Azərbaycan
Renat Dadaşov

"Sizin bu addımınız milli komandada perspektivinizə təsir edə bilərmi" sualına cavab olaraq futbolçu bir daha təkrar edib ki, "like" təsadüfən qoyub.

O, eyni zamanda etdiyinə görə təəssüfləndiyini bildirib və qeyd edib ki, azərbaycanlı olduğuna görə fəxr edir.

Xəbər lenti
0