Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

İlham Əliyev FİDE prezidentinə məktub göndərdi

19
(Yenilənib 16:53 04.10.2018)
Azərbaycan prezidenti Dvorkoviçi FİDE prezidenti seçilməsi ilə təbrik edib

BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviçə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Arkadi Vladimiroviç,

Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Dünyada şahmat ənənələrinin inkişafı naminə bu məsul vəzifədə Sizə uğurlar arzulayıram”.

19
Teqlər:
təbrik, Arkadi Dvorkoviç, FİDE, Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İnsanlar su üçün növbəyə dayanıblar, arxiv şəkli

sayğac var, standart ya su qıtlığına dair izahat

0
(Yenilənib 20:23 25.09.2020)
"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur"

BAKI, 25 sentyabr — Sputnik. "Hazırda Bakının bəzi ərazilərində, xüsusən bağ massivlərində, ətraf qəsəbələrdə və onların inkişaf ərazilərində içməli su təchizatı vətəndaşların özləri tərəfindən çəkilmiş tikinti normalarına cavab verməyən xətlər hesabına təmin edilir".

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, standartlara cavab verməyən su xətlərinə daha çox Abşeron rayonunun Ceyranbatan, Saray, Masazır, Novxanı, Hökməli, Qobu, Binəqədi, Sabunçu, Suraxanı rayonlarının qəsəbələrində rast gəlinir.

A.Cəbrayıllı bildirib ki, vətəndaşlar bəzən su xətlərini torpağın üstü ilə çəkirlər.

"Yeni tikilən evlərin sahibləri qonşudan su çəkməklə fərdi şəbəkələri genişləndirir ki, bu da istismarda çətinliklər yaradır. Sadalanan ərazilərdə sudan qeyri-qanuni istifadə halları çoxdur. "Azərsu" ASC-nin əməkdaşları isə o xətləri nə vaxt aşkar etsələr, onda qanunsuz istifadənin qarşısını ala bilərik", - deyən mətbuat katibi bir il ərzində mindən çox belə qanunsuz hallar aşkar edildiyini vurğulayıb.

"Araşdırmalarımız göstərir ki, ən çox sayğacdan kənar istifadə halları da həmin yaşayış massivlərində qeydə alınır. Nəticədə, içməli sudan israfçılıqla istifadə edilir və su itkiləri yüksək olur", - deyə o əlavə edib.

0
Teqlər:
Anar Cəbrayıllı, "Azərsu" ASC, su sayğacları, sayğac, magistral su xətti, susuzluq, susuz, su
Məktəblilər, arxiv şəkli

Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab

1
(Yenilənib 19:44 25.09.2020)
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur.

BAKI, 25 sentyabr — Sputnik. "Bu günə qədər heç bir şagirddə məktəbin içində yoluxma faktı qeydə alınmayıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur:

"İyun və ya avqust ayındakı respublika üzrə gündəlik statistikanı təhlil etsək, görərik ki, bu insan hansısa formada məktəbə və ya universitetə bağlıdır. Bu dəqiqə yoluxmaların sayı stabildir. Məktəblərin bağlanılması ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bu, ümumi epidemioloji vəziyyətdən asılı olacaq. Əgər sərt karantin rejiminə keçilərsə, bu barədə qərarı Nazirlik Kabineti yanında Operativ Qərargah verəcək".

Qeyd edək ki, bu günə kimi respublika üzrə məktəblərdə işçi heyəti arasında 35, şagirdlər arasında 125 yoluxma faktı qeydə alınmaqla, ümumilikdə 156 nəfər COVID-19-a yoluxub.

1
Teqlər:
açıqlama, Təhsil Nazirliyi, yoluxma, şagird, məktəb, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Şagirdlərdən 13-ü virusa yoluxdu, iki sinif distant təhsilə keçdi
Azərbaycanda virusa yoluxanların sayı açıqlandı
Nazirliyin əməkdaşı koronavirusdan öldü
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq