Вода на фоне заката, фото из архива

Bakının bu istiqamətlərində su olmayacaq

177
(Yenilənib 19:12 03.10.2018)
Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

BAKI, 3 oktyabr — Sputnik. Sabah paytaxtın bəzi yerlərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" QSC-dən məlumat verilib.

Məlumatda bildirilir: "Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 04 oktyabr 2018-ci il tarixində gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq".

177