Yen yol yenidənqurmadan sonra

Prezident yol tikintisi ilə bağlı mühüm sərəncam imzaladı

117
(Yenilənib 18:43 02.10.2018)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,2 milyon manat ayrılıb

BAKI, 2 oktyabr — Sputnik. Prezident İlham Əliyev Salyan rayonunun Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

117
Teqlər:
Salyan rayonu, vəsait, tikinti, yol, Prezident İlham Əliyev