Bakıya leysan yağıb

Ehtiyatınızı tutun: Bu ay güclü yağışlar olacaq

593
(Yenilənib 17:55 02.10.2018)
13-14 oktyabrdan başlayaraq, respublika ərazisində güclü yağışlar yağacaq

BAKI, 2 oktyabr — Sputnik. Bu ayın birinci yarısında Azərbaycanda hava şəraiti mülayim keçəcək. Ancaq 13-14 oktyabrdan başlayaraq, respublika ərazisində güclü yağışlar yağacaq.

Sputnik Azərbaycan oxu.az-a istinadən xəbər verir ki, bunu azərbaycanlı ekoloq, Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalov deyib.

Onun sözlərinə görə, Azərbaycanın müvafiq qurumları artıq indidən sel və leysanlara qarşı hazırlıq işlərinə başlamalıdır.

“Azərbaycanda yağışlı payızı proqnozlaşdırmaq üçün kifayət qədər əsas var. Yağıntılar iqlim normasından bəzən çox olacaq”, — Zeynalov bildirib.

Xatırladaq ki, sentyabrın 23-də Bakıda güclü yağış yağıb. Bir neçə dəqiqə davam edən yağış nəticəsində paytaxtın bəzi küçələri həqiqi çaya çevrilib. Bəzi yerlərdə suyun dərinliyi yarım metrə çatıb.

593
Teqlər:
Telman Zeynalov, Azərbaycan Ekoloji Proqnozlar Mərkəzi, ekoloq, güclü yağış, hava şəraiti
Edvgerial saytın istifadəçisi

ƏDV-nin qaytarılmasında nüanslar: daha tez mümkündürmü?

2
(Yenilənib 21:47 16.05.2021)
Bu ilin ilk rübündə çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir. İqtisadçılar ƏDV-nin geri qaytarılması məsələsindən danışıblar.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Həmin dövrdən 2021-ci ilin 1-ci rübünün sonunadək istehlakçılara 60,2 milyon manat geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir.

Bəs maraqlıdır, hansı mal və məhsullara ƏDV tətbiq edilmir? Vətəndaşa ƏDV-nin 1 ay içərisində deyil, daha tez geri qaytarılması mümkündürmü?

İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, kənd təsərrüfatı məhsulları, çörək, un və digər bir sıra məhsullar ƏDV-dən azaddır:

"Xüsusilə yeni nəsil kassa aparatlarında hər bir məhsul növü üzrə ƏDV ayrıca hesablanır. ƏDV-nin hesablanması 0-18 faiz arasında aparılır. Ola bilər ki, vətəndaşın marketdən aldığı məhsulların bir çoxu ƏDV-dən azaddır və belə olan halda az ƏDV geri qaytarılır. Ümumiyyətlə, ticarət müəssisələrinin ƏDV-nin hesablanması prosesi ilə heç bir əlaqəsi yoxdur".

Ekspertin fikrincə, ƏDV-nin daha tez geri qaytarılması mümkün deyil: "1 ay ərzində Vergi Xidməti yoxlamalar aparır. Bu proses kütləvi şəkildə olduğu üçün burada 1 ay vaxt lazım olur".

İqtisadçı Radil Fətullayev də Sputnik Azərbaycan-a deyib ki, bütün məhsullar ƏDV-yə cəlb edilmir: "Məsələn, damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, heyvan və quş ətinin satışı, kəpəyin istehsalı və satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr, külçə, sikkə və ya qranula şəklində qızılın və gümüşün satışı ƏDV-dən azaddır".

ƏDV-nin daha tez geri qaytarılması məsələsinə də toxunan iqtisadçı bildirib ki, qanuna görə, 15 gün ərzində vətəndaşın məhsulu və ya malı mağazaya geri qaytarmaq hüququ var: "Ona görə də ƏDV-nin vətəndaşa geri qaytarılması 15 gündən tez ola bilməz və bu proses 1 ay çəkir. Ola bilər, vətəndaş 15 gün ərzində mağazadan aldığı malı geri qaytarsın".

O bildirib ki, yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır:

"Onsuz da yanacaqdoldurma məntəqələri kassa çekini vururdular. Burada əsas hədəf kassa çekini vurmayan müəssisələri buna təşviq etməkdir. Başqa sözlə, bu istiqamətdə ictimai nəzarəti artırmaqdır".

Xatırladaq ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Eləcə də oxuyun: 

* ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisi artıb

Banklar Assosiasiyasından vətəndaşların narazılığına səbəb olan məsələ ilə bağlı açıqlama

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk"

2
Teqlər:
müddət, qaydalar, qaytarılma, vətəndaş, ƏDV

Vladimir Putin azərbaycanlıları mükafatlandırdı

4
(Yenilənib 21:24 16.05.2021)
Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimləri təltif olunublar.

BAKI, 16 may - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimlərini təltif edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend yazır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Puşkin medalına, teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski "Dostluq" ordeninə layiq görülüb.

2020-ci ildə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də Vladimir Putinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdu. 

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşlarının orden və medallarla təltif olunması, eləcə də onlara mədəniyyət sahəsində fəxri adların verilməsi barədə sərəncam imzalamışdı.

4
Teqlər:
Rus Dram Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, təltif, Vladimir Putin