Президент Азербайджана Ильхам Алиев

Yol probleminin həlli üçün növbəti addım atıldı

155
(Yenilənib 18:38 01.10.2018)
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə 10,7 milyon manat ayırıb

BAKI, 1 oktyabr — Sputnik. Prezident İlham Əliyev Kürdəmir rayonunun Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,7 milyon Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

155