Gürcüstan Respublikasının bayrağı

Gürcüstanda azərbaycanlı abituriyentlərlə bağlı problem həll olunacaqmı?

115
(Yenilənib 21:28 30.09.2018)
800-ə yaxın azərbaycanlı və erməni abituriyent qəbul imtahanlarından uğurla keçsə də, universitetlərə qəbul ola bilməyib

BAKI, 30 sentyabr — Sputnik. Gürcüstanın müxalifətdən olan "Avropalı Gürcüstan" partiyası bu il ali məktəblərə qəbul ola bilməyən milli azlıq nümayəndələri ilə bağlı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə müraciət edib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə partiyanın liderlərindən biri olan deputat Serqo Ratiani keçirdiyi mətbuat konfransında deyib.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub
© Official website of President of Azerbaijan Republic

O bildirib ki, 800-ə yaxın azərbaycanlı və erməni abituriyent qəbul imtahanlarından uğurla keçsə də, universitetlərə qəbul ola bilməyib: "Buna abituriyentlərə ixtisas seçimi ilə bağlı qaydalar barədə kifayət qədər məlumatın verilməməsi səbəb olub. Abituriyentlər istədikləri sayda ixtisas qeyd edə bilərdilər, lakin məlumatsızlıqdan az sayda ixtisas seçiblər. Bu onu göstərir ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin ərazi üzrə resurs mərkəzləri abituriyentlərin məlumatlandırılması üzrə vəzifələrini yerinə yetirməyiblər".

S.Ratiani Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini istisna hal kimi azərbaycanlı və erməni abituriyentlərin ali məktəblərə əlavə yerləşdirilməsinə şərait yaratmağa çağırıb.

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Aleksandre Tevzadze ali məktəblərə qəbul ola bilməyən azərbaycanlı və erməni abituriyentlərin məsələsinə münasibət bildirərkən deyib ki, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi milli azlıqların maraqlarını müdafiə etməkdə davam edəcək.

O bildirib ki, təmsil etdiyi nazirlik milli azlıqların təhsili ilə bağlı bir sıra layihələr həyata keçirir:

"Ən əsas proqramlardan biri azərbaycanlı və erməni tələbələrin bir il müddətində ali məktəbdə gürcü dilini öyrənməsi ilə bağlıdır. Gürcü dilini öyrənəndən sonra tələbələr Gürcüstanın ali təhsil sisteminə inteqrasiya edə bilirlər. Əlbəttə ki, biz milli azlıqların maraqlarını müdafiə etməyi və bu istiqamətdə stimullaşdırıcı tədbirləri həyata keçirməyi davam etdirəcəyik".

Gürcüstanda bu il 800-ə yaxın azərbaycanlı və erməni abituriyent qəbul imtahanlarında keçid balı toplasa da, tələbə adını qazana bilməyib. Buna səbəb onların məhdudiyyətsiz sayda ixtisas seçimi imkanı olduğu halda, az sayda ixtisas seçməsidir. Həmin abituriyentlərdən 500-ə yaxını azərbaycanlı gənclərdir. Abituriyentlərlə yanaşı, müxalif "Avropalı Gürcüstan" partiyası da ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə müraciət edərək, gənclərin ali məktəblərə əlavə yerləşdirilməsinə şəraitin yaradılmasını xahiş edib.

115
Teqlər:
münasibət, Təhsil Nazirliyi, problem, abituriyent, azərbaycanlı, Gürcüstan

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

73
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

73
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

22
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

22