Yumruq, arxiv şəkli

"İpoteka" dedi, diş həkimi vurub dişini tökdü

179
(Yenilənib 23:55 29.09.2018)
Yaralı diş həkimindən ona kreditlə (hissə-hissə ödəməklə) diş qoymasını tələb edib. Ancaq "kredit" əvəzinə "ipoteka" kəlməsini işlədib.

BAKI, 29 sentyabr- Sputnik. Sumqayıt şəhərində diş həkimi xəstəsini döyüb. 

Sputnik Azərbaycan "Report"a istinala xəbər verir ki, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Sərvər Qüdrət oğlu Abışov adı hələlik istintaqa məlum olmayan diş həkimi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Yaralı diş həkimindən ona kreditlə (hissə-hissə ödəməklə) diş qoymasını tələb edib. Ancaq "kredit" əvəzinə "ipoteka" kəlməsini işlədib. Bu da diş həkiminin əsəbiləşməsinə səbəb olub və tərəflər arasında mübahisə yaranıb. Nəticədə həkim Sərvər Abışovu döyərək ağır xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

179
Teqlər:
diş həkimi, ipoteka, döyülmə, xəstə, Sumqayıt