Binalarda qaz gəlmir

Əhalinin köhnə dərdi təzələnməyə başlayıb, rəsmi qurum isə iddiaları təkzib edir

8684
(Yenilənib 18:38 28.09.2018)
Sakinlər mənzillərə verilən təbii qazın təzyiqinin düşdüyündən şikayətçidirlər, amma "Azəriqaz" belə bir problem yaşanmadığını bildiri

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasının ərazisində zaman-zaman evlərə verilən təbii qazın təzyiqi aşağı düşür. Bu problem hava şərtləri dəyişəndə xüsusilə dərinləşir. Qazın təqyiqinin aşağı düşməsi Masazır qəsəbəsində, Sumqayıtda və Bakı ətrafında da müşahidə edilir.

Mənzildə qazın zəif olması barədə Sputnik Azərbaycan-a Sumqayıt şəhər sakini Könül Məmmədova şikayət edib. O, şəhərin dördüncü kvartalında, demək olar ki, lap mərkəzində yaşayır: "Lakin buna baxmayaraq, daim qazın verilişi dayandırılır, yaxud da təzyiqin aşağı düşməsi müşahidə edilir. Odur ki, qaz plitəsinin üstündə çaydanı qaynatmaq praktiki olaraq mümkün deyil".

"Hamamda isə yalnız gecəyarısı, qonşular şirin yuxuda olduqlar vaxt yuyunmaq mümkündür. Çünki yalnız həmin vaxtlarda qazın təzyiqi bir qədər artır və su qızdırıcısı suyu nisbətən çimmə temperaturuna qədər isidə bilir" — şikayətçi deyir.

Qaz probleminin heç cür həllini tapmadığını, qışın isə qapıda olduğunu görən Məmmədovlar ailəsi alternativ olaraq elektrik su qızdırıcısı almaq qərarına gəliblər. Baxmayaraq ki, bu, elektrik enerjisinin qiymətlərinin yüksək olması fonunda onların cibinə külli miqdarda ziyan vuracaq.

Bütün bunlara baxmayaraq, "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev abonentin dediklərini təkzib edir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, mənzillərə qaz mövsümdən asılı olmayaraq, istehlaka uyğun verilir.

Kərbəlayev deyir ki, tələbatın artmasına uyğun olaraq qaz verilişi də artırılır: "Əgər yay vaxtı qaz istehlakı 5-10 milyon kubmetr çərçivəsində dəyişirsə, qışda qaz xərcləri iki dəfə artır. Hazırda respublika ərazisində qaz verilişində heç bir problem yoxdur. Əhali tələbata uyğun olaraq tam surətdə qazla təchiz edilir.

"Qazın təzyiqi gündəlik olaraq tənzimlənir. Qaz verilişində hər hansı problem yaranarsa, vətəndaş "Azəriqaz"ın "qaynar xətti"nə — 185 nömrəsinə zəng vursun. Zəng vurub problemlə bağlı məlumat verərək və qeydiyyatdan keçərək qısa zamanda qaz idarəsinin işçilərini problemin olduğu ünvana çağıra bilərsiniz" — deyə İB sözçsü bildirir.

Kərbəlayev əminliklə diqqətə çatdırır ki, qazı heç bir səbəb olmadan, sadəcə götürüb kəsə bilməzlər: "Yalnız o hallar istisna ola bilər ki, abonentlər qabaqcadan xəbərdar edilməklə təmir işləri planlaşdırılmış olsun".

Qeyd edək ki, hazırda "Azəriqaz" İB-nin abonentlərinin sayı 2 milyon 149,772 min nəfərdir. 2018-ci ilin yanvar-avqust ayları ərzində İB-də əhali qrupundan olan 55,689 min yeni abonent qeydiyyatdan keçib. Onlardan 34,002 mini Bakı, Abşeron və Sumqayıt ərazilərini, 21,687 mini isə regionları əhatə edir.

8684
Teqlər:
İB, "Azəriqaz" İstehsalat Birliyi, İbrahim Kərbəlayev, təbii qaz, Sputnik Azərbaycan, Abşeron yarımadası, təzyiq, Bakı
Əlaqədar
Diqqət: Bu rayonlarda 5 gün qaz olmayacaq
Sabah bu rayonlarda qaz olmayacaq
İqtisadçı: “Cənub Qaz Dəhlizi” Azərbaycanın mövqeyini gücləndirib”
Sabah böyük bir ərazidə qaz olmayacaq, işinizi ehtiyatlı tutun
Bıçaq

Məşhur model İstanbulda bıçaqlandı - VİDEO

11
Qeyd edək ki, Rusanova tanınmış "plus size" modellərdəndir. O, bir sıra məşhur brendlərlə, o cümlədən "Wildberries"-lə əməkdaşlıq edir. Rusanova həmçinin aktrisa olmağa hazırlaşır. O, teatr studiyasında işləyir və ifaçılıq sənətini öyrənir

BAKI, 27 yanvar — Sputnik. Türkiyənin İstanbul şəhərində bıçaqlı kişi üç rusiyalıya hücum edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, videoda bir kişinin qaçaraq səkidə hərəkət edən üç nəfərə hücum etdiyi görünür. Hücuma məruz qalanlardan ikisi qaçıb canını qurtarsa da, üçüncüsünə 7-8 bıçaq zərbəsi vurulub. Məlumata görə, yerli sakinlər təcili yardım gələnə qədər özləri yaralıya kömək ediblər.

Bildirilir ki, bıçaqlanan qadın Aleksandra Rusanova dərhal əməliyyat olunub və hazırda vəziyyəti sabit qiymətləndirilir.

Qeyd edək ki, Rusanova tanınmış "plus size" modellərdəndir. O, bir sıra məşhur brendlərlə, o cümlədən "Wildberries"-lə əməkdaşlıq edir. Rusanova həmçinin aktrisa olmağa hazırlaşır. O, teatr studiyasında işləyir və ifaçılıq sənətini öyrənir.

11
Kann festivalında qırmızı xalça, arxiv şəkli

Kann festivalının keçirilmə vaxtı dəyişdirildi

15
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı dünyanın ən məşhur kinofestivallarından biridir. Fransanın cənubundakı Kann şəhərində təşkil edilir.

BAKI, 27 yanvar — Sputnik. Bu ilin may ayında keçirilməli olan Kann Film festivalı iyul ayında baş tutacaq. Bu barədə Sputnik Azərbaycan tədbirin təşkilatçılarına istinadən məlumat verir.

"Mayın 11-dən 22-dək keçirilməsi planlaşdırılan Kanna beynəlxalq kinofestivalı 6-17 iyul aralığında keçiriləcəkdir", - festivalın Twitter-dəki hesabında bildirilir.

Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biridir. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır.

Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başlayıb.

15