CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabineti borclular və pul öhdəlikləri barədə qərar verib

© AZƏRTACBaş nazir Novruz Məmmədov
Baş nazir Novruz Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
"Borclunun sağlamlaşdırılması planının məzmunu" təsdiq edilib

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov "Borclunun sağlamlaşdırılması planının məzmunu"nun təsdiq edilməsi haqqında qərar imzalayıb. Sputnik Azərbaycan Nazirlər Kabinetinə istinadla xəbər verir ki, "Borclunun sağlamlaşdırılması planı"nın məzmunu (bundan sonra — Sənəd) "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun 41-1-ci maddəsinin 1-ci hissəsinə əsasən hazırlanıb.

Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qarşıdakı 7 illik hədəfimiz: Özgədən borc alınca, öz vətəndaşına borcun olsun

Məzmunda qeyd olunub ki, borclunun sağlamlaşdırılması planına uyğun olaraq həyata keçirilir. Borclunun sağlamlaşdırılması planı borclu tərəfindən hazırlanır, kreditorların yığıncağı tərəfindən qəbul edilir və məhkəmə tərəfindən təsdiqlənir. Həmin planda borclunun sağlamlaşdırılmasında iştirak edən kreditorun (kreditorların) tələblərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin məbləğləri, bu tələblərin icrası qaydası və müddəti, borclunun sağlamlaşdırılması planının icrası və icrasına nəzarət ilə bağlı tədbirlər, borclunun sağlamlaşdırılması planının xitamı üçün əsaslar və onun nəticələri yer alır.

Qeyd olunub ki, borclunun sağlamlaşdırılması planında müxtəlif kreditorlar qrupuna aid olan kreditorların tələblərinin fərqli ödəmə şərtləri, kreditlərin alınması üçün tədbirlər nəzərdə tutula bilər.

Borclunun sağlamlaşdırılması planında borclunun pul öhdəliklərinin aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi vasitəsilə sağlamlaşdırılması nəzərdə tutula bilər.

Belə ki, borclunun sağlamlaşdırılması planına hissə-hissə ödənişlər, habelə ödəniş müddətlərinin, öhdəliklərin valyutasının, faiz dərəcələrinin dəyişdirilməsi, o cümlədən cəlb edilmiş vəsaitlərin qiymətindən aşağı səviyyədə müəyyən edilməsi və faizlərin hesablanmasının tamamilə dayandırılması, kreditlə və ya kreditin təminatı olan ipoteka və ya girov ilə bağlı müqavilələrin şərtlərinin dəyişdirilməsi, borc öhdəliklərinin şərtlərinin dəyişdirilməsi və girov və ipoteka predmeti hesabına tələblərin ödənilməsi daxil edilə bilər.

Bu zaman girovda və ya ipotekada olan əmlakın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitlər bu girovla və ya ipoteka ilə təmin edilən tələblər çərçivəsində həmin əmlakın girovsaxlayanın və ya ipotekasaxlayanın tələblərinin ödənilməsinə yönəldilir.

Tələblərin tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququnun kreditora (kreditorlara) verilməsi zamanı kreditorun (kreditorların) tələbləri girov və ya ipoteka qoyulmuş əmlakın satışından sonra qismən ödənildiyi təqdirdə, əlavə tələb hüququ qüvvədə qalır. İddiaların tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququ kreditora (kreditorlara) yalnız həmin kreditorun (kreditorların) razılığı ilə verilir.

Borclunun girov və ya ipoteka qoyulmamış əmlakına tutmanın yönəldilməsi, borcun tam və ya qismən bağışlanılması, borclunun iştirakçısı olduğu müqavilələrin ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi, girov və ya ipoteka hüquqlarından imtina edilməsi, borclu və ya üçüncü şəxslər tərəfindən əlavə girovun və ya ipotekanın, o cümlədən qarantiya və zəmanətlərin verilməsi, borcun kapitala çevrilməsi, borclunun nizamnamə kapitalında yeni payın əldə edilməsi,borclu tərəfindən qiymətli kağızların buraxılışı, borclunun yenidən təşkili (birləşmə, qoşulma, bölünmə,ayrılma, çevrilmə) təsisçilər (iştirakçılar) istisna olmaqla, borclunun digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin kreditorlar qrupunun müəyyən etdiyi şəxslərlə əvəz edilməsi, borclunun korporativ idarəçiliyində dəyişikliklər edilməsi, borclunun sağlamlaşdırılması ilə bağlı hər hansı digər tədbirlər borclunun sağlamlaşdırılmaıs planında yer alıb.

Borclunun sağlamlaşdırılması planına ləğvetmə təhlili əlavə edilir. Həmin təhlildə borclunun ləğv edilməsi ilə müqayisədə kreditor (kreditorlar) üçün borclunun sağlamlaşdırılması planının həyata keçirilməsi ilə bağlı üstünlüklər əks olunur. Borclunun sağlamlaşdırılması planına borclunun bu planın şərtlərini yerinə yetirmək imkanını və qabiliyyətini təsdiqləyən maliyyə təhlili də əlavə edilir.

Xəbər lenti
0