İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezidentdən gəncəliləri sevindirəcək xoş xəbər

485
(Yenilənib 18:54 26.09.2018)
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb

BAKI, 26 sentyabr — Sputnik. Prezident İlham Əliyev "Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

485
Teqlər:
vəsait, sərəncam, İcra Hakimiyyəti, Gəncə, Prezident İlham Əliyev