Əməkdar artist Tünzalə Əliyeva

"Toppuş bacı": “Evim üçün pul yığıram, xəstəliyim üçün yox!”

10179
(Yenilənib 17:09 26.09.2018)
Onkoloji xəstəliyindən istifadə edərək mənzilinin ipotekası üçün 60 min manat toplamağı hədəfləyən əməkdar artist, onu reklamda günahlandıran baş onkoloqun cavabını verib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. "Toppuş bacı" obrazı ilə şöhrət qazanmış və bu yaxınlarda onkoloji xəstəliklə əlaqədar cərrahiyyə əməliyyatı keçirmiş əməkdar artist Tünzalə Əliyeva bir həftədən artıqdır ki, yerli telekanalların efirinə, eləcə də sosial şəbəkələrə çıxaraq tanınmış və adi insanlardan ona maddi köməklik göstərmələrini xahiş edir.

Aktrisanın xəstəliyindən istifadə edərək camaatdan pul yığması Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin qəzəbinə səbəb olub. Həkim bildirib ki, Tünzalə Əliyeva artıq sağalıb, səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir, lakin bütün Azərbaycandan kömək istəyir. "Topuş bacı" ləqəbli aktrisanın özünü "xərçənglə reklam etməsi"ni baş onkoloq tənqid edib və deyib ki, bu kimi hallar səbəbindən insanlar xərçəngdən qorxurlar.

Sputnik Azərbaycan-a açıqlamasında Tünzalə Əliyeva Azad Kərimlinin dediklərinə şərh verməkdən imtina edib. Bunu onunla əlaqələndirib ki, Kərimlinin müsahibəsini oxumayıb və oxumaq fikri də yoxdur. Aktrisa sadəcə onu deyib ki, vəziyyəti son zamanlar normallaşmağa başlayıb. Ona qədər isə özünü pis hiss edirdi.

"Hazırda müalicəm davam edir. Şükür Allaha ki, indi özümü çox yaxşı hiss edirəm. Həkimlər məni əmin ediblər ki, hər şey yaxşı olacaq və ən ağır vaxtlar artıq arxada qalıb. İnanıram ki, xərçəngə qalib gələ biləcəyəm" — deyə Əliyeva bildirib.

Aktrisa etiraf edib ki, onun sağlamlığı demək olar ki, qaydasındadır. Sadəcə müəyyən maliyyə problemləri var. Hazırda onun həlli vacib olan əsas problemi qızı və əri ilə birlikdə yaşadığı mənzilin ipotekasını bağlamaqdır.

"Mən bir həftədən artıqdır ki, Zaur Baxşəliyevin verilişinə çıxaraq müalicəmə deyil, mənzilin ipoteka kreditini ödəmək üçün pul yığıram. Mən özüm adamlardan yardım istəmişəm ki, mənə kömək etsinlər. Dostlarıma, həmkarlarıma və bütün Azərbaycan xalqına mənə pul göndərdikləri üçün təşəkkür edirəm" — deyə Əliyeva bildirib.

Niyə öz müalicəsi üçün deyil, mənzili üçün pul topladığına gəlincə, aktrisa deyib ki, könlü belə istəyir. Onun bu addımını xəstəliyin reklamı hesab edənlərə isə Əliyeva can sağlığı arzulayıb.

Aktrisa pul toplamaqda davam edəcək. Hazırda o, 40 min manat toplamağa müvəffəq olub. İpotekasını bağlamaq üçün ona 60 min manat lazımdır. Əliyeva əmindir ki, o, yerdə qalan 20 min manatı da toplaya biləcək, çünki bu istiqamətdə yardımlar və dəstək davam edir.

Aktrisa onu da deyib ki, yaxın vaxtlarda öz işinə qayıtmaq və tamaşaçılarını yeni rolları ilə sevindirmək niyyətindədir.

10179
Teqlər:
əməkdar artist Tünzalə Əliyeva, "Toppuş bacı", səhhət, Milli Onkologiya Mərkəzi, xərçəng, pul
Əlaqədar
Baş onkoloq "Toppuş bacı"ya qəzəbləndi: "Sağalıb, amma özünü xərçənglə reklam edir"
Nəzrin Məmmədova, arxiv şəkli

YARAT-dan olan dicey qız: Azərbaycanda zövqlər bir qədər pisdir

1
(Yenilənib 00:15 01.06.2020)
Musiqi – azərbaycanlı diceyin maraqlarının yalnız bir hissəsidir, o etiraf edir ki, asan yolları sevmir və eksperimentlərə üstünlük verir.

BAKI, 1 iyun — Sputnik, Kəmalə Əliyeva. Karantinə qədərki Bakıda Böyük Britaniyanın elektron musiqi şousu “Selector Live: Women. Sounds. Waves” böyük uğurla keçib. Bu şouda azərbaycanlı və xarici qadın diceylər (DJ) eyni səhnəni bölüşüblər. İştirakçılar arasında Azərbaycanın tanınmış diceyi Inherroom (Nəzrin Məmmədova) da var idi. O, Sputnik Azərbaycan-a müsahibəsində qızlar arasında diceylik peşəsinə olan tələbatdan danışıb. 

- Nəzrin, indi Azərbaycanda dicey işləyən qızlar çoxdurmu?

- Mən diceyliklə dörd il bundan əvvəl məşğul olmağa başladım. Onda bizim sayımız cəmi üç idi, amma indi dicey qızların sayı artıb. Mən bu sahədə işləmək istəyən qadınları həmişə dəstəkləməyə, onlara məsləhətlər verməyə, kömək etməyə hazıram.

- Siz necə dicey oldunuz?

-  Biz elə bir dövrdə yaşayırıq ki, orada hər şeyi internet vasitəsilə öyrənmək olar. İngilis dilini mükəmməl bilirəm, buna görə də mənə lazım olan məlumatları tapmaq daha asandır. Mənim hələ uşaqlıqdan musiqiyə böyük həvəsim var, amma musiqi təhsilim yoxdur, hər hansı musiqi alətində də ifa etmirəm. Mən yalnız musiqi dinləməyi sevirəm. Çoxlu dicey dostum var. Məhz onlardan birinin məsləhəti ilə mən də bu peşəyə müraciət etmək qərarına gəldim. Hesab edirəm ki, indi həyatda nəyisə əldə etmək, yaxud sevimli işlə məşğul olmaq üçün təhsil lazım deyil. Əsasən də, bizim dövrümüzdə hər şeyə unikal yanaşma daha yaxşı qarşılanır.

- Xaricdə tez-tez çıxış edirsiniz?

- Əsasən qeyri-festival formatında olan tədbirlərdə iştirak edirəm. Gürcüstanda, Moskvada çıxış etmişəm. Musiqidən başqa, vizual incəsənətlə də məşğul oluram. Bir çox ölkələrdə sərgilərim keçirilib. Mən interdisiplinar rəssamam, ona görə də həm rəssamlıqla, həm heykəltaraşlıqla, həm qrafika ilə, həm videoinstalyasiya ilə, həm də performansla maraqlanıram. Musiqi isə mənim maraqlarımın bir hissəsinə çevrilib.

- İndi diceylər arasında kişilərə daha çox tələbat var, ya qadınlara?

- Bunun heç bir fərqi yoxdur. Hesab edirəm ki, biz tam bərabərhüquqlu cəmiyyətdə yaşayırıq. Hər şey təşkilatçılardan asılıdır. Çıxışım zamanı çalışıram ki, Azərbaycana gəlib çatmamış musiqiləri səsləndirim. Mən Britaniya səsləndirməsini çox sevirəm. Mən nə isə yeni bir şey gətirmək istəyirəm, lakin tez-tez başqa bir şey qoymağı xahiş edirlər. Azərbaycanda zövqlər bir qədər pisdir, amma zaman keçdikcə bu, dəyişəcək.

- Mən yox, amma elə diceylər - Azərbaycan musiqisindən öz şəbəkələrinizdə istifadə edirsiniz?var, Azərbaycan musiqisinə müraciət edirlər. Mənim gördüyüm işdə xalq musiqisindən istifadə etmək, fikrimcə, diqqət cəlb etməyin çox asan yoludur. Mən asan yolları sevmirəm, əsasən ən eksperimental və mürəkkəb olanları seçirəm.

- Hansı planlarınız var?

- Əvvəllər gələcəyimi xaricdə görürdüm, amma indi qərarımı dəyişmişəm. Mən artıq on ildir burada incəsənətlə məşğul oluram, ona görə də köçmək istəmirəm, həm orada, həm də burada işləmək istəyirəm. Hətta başqa bir ölkədə olsam da, yenə Azərbaycan rəssamı, artisti olacağam.

Təəssüf ki, bir çox uşaqlar diceylikdə özlərini sınamaqdan qorxurlar. Hesab edirlər ki, bu peşənin gələcəyi yoxdur. Rəssam olmaq istədiyimi deyəndə çoxları məni fikrimdən daşındırmaq istəyirdi. Məni inandırmağa çalışırdılar ki, bu sənətdə gəlir yoxdur. Fəaliyyətimdən beş il sonra YARAT Müasir İncəsənət Mərkəzi açıldı, məni oraya dəvət etdilər və bütün arzularım reallığa çevrildi. İndi gənclərin daha geniş imkanları var.

1
Əlaqədar
Azərbaycanlılar onlayn-festivalda ruslara böyük həyəcan yaşadıblar
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür
Üzünü əli ilə tutan kişi, arxiv şəkli

Stressin yarandığı bölgə müəyyən edildi

1
(Yenilənib 00:04 01.06.2020)
Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

BAKI, 1 iyun — Sputnik. Yel Universitetinin alimləri beyində stress mərkəzini və onun fəaliyyətini müəyyən ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, araşdırma ilə müəyyən edilib ki, daha yüksək səviyyəli stress hipotalamusda, daha az hissə isə frontal beyin qabığında yığılır.

Araşdırmaçılar 60 sağlam insanda stressin müxtəlif formalarını yaratmaq üçün onlara müxtəlif xoşagəlməz görüntülər (hirs, iyrənclik, qorxu və kədər kimi) və sakitləşmələri üçün növbəli şəkildə uyğun obrazlar göstəriblər.

Təcrübədə iştirak edən şəxslər funksional maqnetik rezonans görüntüləmə cihazı ilə müşahidə ediliblər və beyin fəaliyyətləri ölçülüb. Görüntülərdən sonra yaşadıqları stress və həyəcan dərəcəsi qiymətləndirilib.

Tədqiqatçıların fikrincə, eksperiment zamanı böyük fəaliyyətə malik olan beyin hissəsində daha çox stressin yığıldığı müəyyən edilib.

Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

"Bu şəbəkələrin fərqli rol oynamalarına baxmayaraq, bizim əldə etdiyimiz nəticələr onu deməyə əsas verir ki, insanlar stressi azaltmaq üçün adaptiv yolla həm müsbət, həm də mənfi şəbəkələrdən istifadə edirlər", - deyə araşdırmada deyilir.

Hippokampusun stressi necə tənzimlədiyini öyrənmək üçün çox şey lazım olmasına baxmayaraq, tədqiqatçılar əmindirlər ki, funksional sinir şəbəkələrinin kəşfi stress müalicə etmə metodlarının inkişafına kömək edə bilər.

"Bu nəticələr hippokampus və frontal beyin qabığı arasındakı əlaqələrin gücünü artırmağa və ya fizioloji stress mərkəzlərinə siqnalın azaldılması kimi terapevtik müdaxiləni bir neçə məqsədə uyğunlaşdırmağa kömək edə bilər", – deyə baş tədqiqatçı Rajita Sinha bildirib.

1
Əlaqədar
Yarımbeyinli insanların sirri açıldı
Xərçəngi sağaltmır, amma alimlər məsləhət görürlər
Bu əlamətləriniz varsa xərçəng ola bilərsiniz
Baş gicəllənməsi hormonal xəstəliklərlə bağlı ola bilər
Yaşlanmanı necə gecikdirmək olar? Alimlər yolunu tapıblar