Yağışın fəsadları

Paytaxt küçələrində əcaib romantika: Qayıq sürən kim, balıq tutan kim, şoka düşən kim...

12854
(Yenilənib 10:48 27.09.2018)
"Hələ payız və qışın irəlidə olduğunu düşünəndə, dəhşətə gəlirəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Bir neçə gün öncə, daha dəqiq desək, payızın ölkəmizə qədəm qoyduğu ilk gün – sentyabrın 21-dən 22-nə keçən gecədən başlayaraq, Bakı küçələri aramsız yağışlara "qonaq oldu". Hətta payız bəzi saatlarda şəhər sakinlərinə özünün ən sərt üzünü göstərib yağışı leysana çevirdi.

Nəticədə paytaxtın bir çox küçələrində axan sel dizə çatdı. Küçələri basmış suyun səviyyəsi o qədər artdı ki, həyətlərə, evlərə, hətta küçədə şütüyən maşınlara, avtobuslara doldu. Nəticədə bir günlük olsa belə, şəhərin əksər hissələrində həm hərəkət, həm də həyat "iflic oldu", paytaxt sakinləri bir çox problemlərlə qarşılaşdılar.

Aidiyyatı qurumlar hər zamankı kimi günahı yağışda gördü. Ancaq həqiqət bu idi ki, Bakının kanalizasiya sistemi bərbad vəziyyətdədir. Sovet dönəmində çəkilmiş kanalizasiya sistemi artıq yükləndiyindən yenilənmə işlərinə böyük ehtiyac var.

Su altında qalmış şəhər
© Karikatura
Su altında qalmış şəhər

Sputnik Azərbaycan bir neçə gün öncə islandığımız həmin yağışla bağlı sosial şəbəkələrdə sorğu keçirib. Bu dəfə istifadəçilərdən həmin gün yağışın nə kimi fəsadlarına şahid olduqlarını soruşmuşuq. Aldığımız cavabları təqdim edirik:

Xəyal Məmmədxanlı: "Novxanıya 1 damcı da yağış düşməyib. Amma şəhərdə oturduğumuz "Çıraq Plaza"nın 2 parkinqi su ilə dolmuşdu, liftlərdən ikisi xarab olmuşdu".

Elyar İslam: "Nərimanov rayonuna daha çox yağış yağıb. Bəxtimizdən bazar günü idi. Yoxsa, hər evə bir qayıq lazım olacaqdı".

İsmayıl Cəbrayılov: ""AF Mall" Biznes Mərkəzini həmişəki kimi su basmışdı. Amma yaxşı ki, bu dəfə biz çıxandan sonra bu hal baş verib".

Tamerlan Cəfərov: "Mən onun şahidi oldum ki, Bakı Venesiyadan daha çox "çayı" olan şəhərdir".

Bəxtiyar Hacıyev: "Mən Bakıda "çaydan" "balıq tuturdum". Vəziyyət bu qədər acınacaqlı idi".

Nigar Bayramova: "İşlərimlə əlaqədar şəhərə çıxmalı idim. Hər tərəf gölməçə idi. Şəhərə çıxmağıma peşman oldum. Qayıq lazım idi ki, keçilməz yolları keçə bilim".

Rafiq Qədirov: "Dəniz mövsümü bitdi, gölməçələr mövsümü başladı. Suyun içində üzürdüm".

Ramil Əliyev: "Payızın gəlişi möhtəşəm idi. Uğurlu alındı. Yağış sayəsində xəstələndim".

Zamin Abıyev: "Bazar günü olduğu üçün şükür etdim. Yoxsa bu vəziyyətdə uşaqları bağçaya və məktəbə necə aparacaqdıq?! Şəhərin vəziyyəti acınacaqlı idi. Hələ payız və qışın irəlidə olduğunu düşünəndə dəhşətə gəlirəm".

Sənubər Rzayeva: "Sadəcə dəhşət idi. Şəhərin mərkəzi küçələri su ilə dolmuşdu. Dizə kimi suyun içində idim. Bu gedişlə, yayın bitməsini heç istəmirik. Yay Bakının eyiblərini gizlədirmiş".

12854
Teqlər:
su, Bakı, küçə, sel, yağış
Əlaqədar
"Azərsu"dan yağış suları ilə bağlı acizlik etirafı
Avtobus, yoxsa sualtı qayıq - Bakıdakı yağışın fəsadları
Yağış bu gün Bakıda baş verən yeganə təbiət hadisəsi deyil - VİDEO
Paytaxta yağan yağış barədə rəsmi məlumat yayıldı
Kvas içən şəxs

Diqqət! Bu içkilər artıq çəkiyə səbəb olur

33
Bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

BAKI, 4 avqust — Sputnik. Şirələrin, kvasların və qazlaşdırılmış suların tərkibində çox miqdarda qlükoza var və onlar yüksək qlikemik indeksə malikdir. Bu içkiləri müntəzəm olaraq içmək mədəaltı vəz üçün böyük yük yaradır və artıq çəkiyə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yekaterina İvannikova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində deyib.

Bundan əlavə, bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

İvannikova içkilərinə dad qatmaq istəyənlərə suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və belə bir içkidən bir kiloqrama 30 millilitr həcmində istifadə etməyi məsləhət görüb.

33
Fahişə, arxiv şəkli

Məhəbbət bir dənizdi, sən uzaq "Yaşıl ada"...

36
(Yenilənib 23:01 04.08.2020)
Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

BAKI, 4 avqust — Sputnik. Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi "Yaşıl Ada" adlı kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi aşkar olunub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

36