DGK

Gömrük rəsmisi "şirinlik vermə" məsələsinə toxundu

194
(Yenilənib 17:02 25.09.2018)
Babayev: "Düzdür, bəzi yerlərdə az da olsa "Şirinlik vermə"məsələsi qalıb"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Bu gün Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda jurnalistlər üçün təlim təşkil edib. Təlimdə çıxış edən İqbal Babayev bir neçə mövzuya toxunub. O, bildirib ki, ölkəmizdə gömrük orqanlarının qarşısında duran ən birinci vəzifə ölkədə təhlükəsizliyi təmin etmək, korrupsiya və rüşvətin qarşısını almaq üçün çalışmaqdır.

"Bildiyiniz kimi prezident gömrük əməkdaşlarının əməkhaqqının artırılması ilə bağlı fərman imzalayıb və bu fərmana uyğun olaraq Azərbaycanda demək olar ki, ən çox əməkhaqqı alan şəxslər elə gömrük əməkdaşlarıdır. Biz hazırda gömrük sahəsində rüşvətin qarşısını almaq üçün əlimizdən gələni edirik. Düzdür, bəzi yerlərdə az da olsa "Şirinlik vermə"məsələsi qalıb. Biz onun da qarşısını alacağımıza inanırıq. Bilirsiniz ki, Gömrük Komitəsində tez-tez islahatlar keçirilir, dəyişikliklər baş verir. Bu zaman risklər ortaya çıxır. Biznes aləmi gömrükdə baş verən dəyişikliklərə görə narahat olmamalıdır. Azərbaycan inkişafda olan ölkədir" — İqbal Babayev qeyd edib.

Babayev onu da vurğuladı ki, gömrükdə baş verən dəyişikliklərin keyfiyyətli olması üçün ictimaiyyətin köməyi lazımdır: "Bizim həm də medianın köməyinə böyük ehtiyacımız var".

194
Əlaqədar
Dövlət Gömrük Komitəsində növbəti rüşvət qalmaqalı
İqtisadçı yeni gömrük vergi siyasəti ilə bağlı həyəcan təbili çaldı
Azərbaycanda gömrük əməkdaşı rüşvət üstündə həbs olundu
Kartofa gömrük rüsumu 2 dəfə artırıldı
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

1
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

1