Bank kartları, arxiv şəkli

Banklar barəmizdə hökm verib, həm bizim razılığımız olmadan

13685
(Yenilənib 16:30 25.09.2018)
Vətəndaşların xəbəri olmadan barələrində qərar qəbul olunub - Təhlükəsizlik limiti

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. "Limitlər yalnız kart sahibinin razılığı olduqda tətbiq edilə bilər. Əgər kart sahibinin razılığı yoxdursa, bank tərəfindən limitlərin müəyyənləşdirilməsi yolverilməzdir".

Vüqar Bayramov
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bankomatdan pul çıxarma limitlərindən danışarkən deyib. Onun sözlərinə görə, limitlər o zaman müəyyənləşdirilə bilər ki, kart sahibi həmin limitlərin müəyyənləşdirilməsi ilə bağlı razılığını bildirsin: "Bu halda kartdan istifadə ilə bağlı gündəlik limitlərin müəyyənləşdirilməsi mümkündür və bu, müqavilədə öz əksini tapmalıdır. Vətəndaş banka müraciət edib kartı alan zaman kart sahibi ilə bank arasında bağlanmış müqavilədə məhz həmin limitlərin müəyyənləşdirilməsi öz əksini tapmalıdır".

"Əgər müqavilədə limitlər ilə bağlı bir qeyd yoxdursa, bank kartdan vəsaitin çıxarılmasında limit müəyyənləşdirə bilməz. Yalnız kart sahibinin razılığı ilə kartlarda limitlərin müəyyənləşdirilməsi mümkündür" — Bayramov bildirib.

Ekspert əlavə edib ki, əgər kart sahibi müəyyənləşmiş limitlə razı deyilsə və həmin limitin aradan qaldırılmasını istəyirsə, o zaman banka müraciət edib müqavilənin təzələnməsini istəyə bilər: "Bu zaman kart sahibinin istəyinə uyğun olaraq həmin limitin aradan qaldırılması və dəyişdirilməsi mümkündür. Amma çox təəssüf ki, Azərbaycanın kommersiya qurumlarının böyük bir qismi standart müqavilələrdən istifadə etdiyinə, kart alan və ya kredit götürən vətəndaşlarımız müqavilənin şərtlərini əksər hallarda oxumadığına görə, standart müqaviləni imzalayırlar və standart limit müəyyənləşir".

İqtisadçı limitlərin banklar üzrə dəyişdiyini deyib: "Bəzi banklarda 500 manat, bəzilərində 500 dollar, bəzilərində hətta 200 manat limit müəyyənləşir. Əslində, bunlar standart müqavilələrdən doğan limitlərdir. O baxımdan, müştərilər, kart sahibləri üçün olduqca vacibdir ki, kart alan zaman müqavilənin şərtləri ilə tanış olsunlar. Müqaviləni oxumadan müqavilənin imzalanması belə limitlərin müəyyənləşdirilməsinə gətirib çıxarır".

Bankomatlar pul vermir
©Karikatura
Bankomatlar pul vermir

"Çünki bəzi hallarda vətəndaş xaricə gedir və xaricdə vəsaiti nağdlaşdıran zaman limitlər olduğuna görə istədiyi məbləğdə vəsaiti nağdlaşdıra bilmir. Ona görə də müqavilə imzalanan zaman həmin şərtin bank ilə müştəri arasında razılaşdırılmasına ehtiyac var. Birmənalı şəkildə bank müştərinin razılığı olmadan vəsaitin nağdlaşdırılması ilə bağlı limitlər müəyyənləşdirməməlidir" — deyə o, qeyd edib.

V.Bayramov diqqətə çatdırıb ki, ümumiyyətlə, dünya təcrübəsində limitlərin tətbiq edilməsi halları var: "Dünya təcrübəsində kartın təhlükəsizliyi və eləcə də kart sahibinin maraqlarının qorunması üçün limitlər tətbiq edilir. Məsələn, kartda 100 min pul var və kart itib. Limit olmayanda parolu bilirlərsə, həmin vəsaiti qısa zamanda çəkib nağdlaşdıra bilirlər. Limitlər ona görə qoyulur ki, belə hallar baş verəndə kartdan vəsait çıxarıla bilməsin. Bəzi banklar özləri deyir ki, "biz limitdə maraqlı deyilik və müştərinin kartının təhlükəsizliyini qorumaq üçün limit müəyyənləşdirmişik"".

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Samir Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, burada əsas problem bankomatların pulla təminatındadır: "Çünki xüsusən şənbə, bazar və yaxud bayram günlərinə düşəndə bankomatlarda pul olmur. Kartı salırsan, görürsən ki, bankomatda pul yoxdur. Görünür, bunun qarşısını almaq üçün, bankomatları pulla təmin etmək mümkün olmadığına görə limit tətbiq edirlər. Limitin qoyulması düzgün deyil. Beynəlxalq təcrübədə belə bir limitlərin olmasını xatırlamıram".

Onun sözlərinə görə, hər bir halda bu, xidmətin keyfiyyətinə təsir göstərən amildir: "Müştəri əmin olmalıdır ki, onun kartındakı vəsaiti istədiyi vaxt və məbləğdə çıxara bilər. Əks halda, insanların kart sisteminə, nağdsız ödəniş sisteminə inamı azalacaq. Statistikaya görə, əhali kartlardan, təxminən, 80-85 faiz nağdlaşdırma əməliyyatı edir. Yəni kartına pul oturan kimi bankomatdan çıxarırlar. Bu, arzu olunmayan haldır".

Qeyd edək ki, bank kartlarından pul çıxarılan zaman limit tətbiq olunması zaman-zaman vətəndaşların narazılığına səbəb olur. Belə ki, 200 manatdan yuxarı vəsaiti birdəfəyə kartdan çıxarmaq mümkün deyil. Bunun üçün bir neçə dəfə kartı bankomatdan çıxarıb təkrar daxil etməlisən.

Lakin bu da kartdakı vəsaitin tam olaraq çıxarılacağı demək deyil. Çünki bank kartlarından nağd pul çıxarılmasına təkcə birdəfəlik deyil, gündəlik də limit tətbiq olunur. Məsələn, gün ərzində 1000 manatdan artıq eyni kartdan (yaxud eyni bankomatdan) vəsait çıxara bilməzsən. Davamı üçün növbəti günü gözləlisən.

Sözügedən məsələyə dair bankların yekdil izahı ondan ibarətdir ki, "biz vətəndaşın vəsaitinin təhlükəsizliyi üçün bu addımı atmışıq". Yəni banklar kart başqa bir adamın əlinə keçərsə və həmin şəxs kartın şifrəsini bilirsə (yaxud sındırarsa) oradakı vəsaitin hamısını birdəfəyə mənimsəyə bilər. Və bunun baş verməməsi, kart sahibinin zaman qazanması və aidiyyatı banka müraciət edib katı dondura bilməsi üçün müvafiq limit tətbiq edildiyini bəyan edir.

13685
Teqlər:
dünya təcrübəsi, limit, müqavilə, bankomat, vəsait, kart, vətəndaş, pul, ekspert, Samir Əliyev, təhlükəsizlik, iqtisadçı, Vüqar Bayramov, bank, razılıq
Əlaqədar
Nağd alış-verişin birdəfəlik tarixə qovuşması gündəmdə: Öncə banklardan başlamaq lazımdır
Banklarda əmanətləri olan vətəndaşların diqqətinə!
Bank filiallarında insan əlindən tərpənmək olmur - Yeni narazılıq meydana çıxıb
"Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmalı və faiz dərəcələrini endirməlidir"
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

1
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

1
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

3
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

3
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA