CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov plan təsdiqlədi, tanklarımız hərəkətə keçir - VİDEO

© AR Ministry of Defense“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar
“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Ən yaxşı tank bölüyü" adı uğrunda keçirilən yarışın qalibləri mükafatlandırılacaq

BAKI, 24 sentyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan ordusunda "Ən yaxşı tank bölüyü" adı uğrunda yarışlar başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılmasıdır.

© AR Ministry of Defense“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar
“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar  - Sputnik Azərbaycan
“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar

Nəticələrin dəqiq hesablanıb qiymətləndirilməsi məqsədilə yaradılan komissiya yarışlara cəlb olunan heyətlərin taktiki və fiziki hazırlığı, atış və sürücülük bacarığı üzrə məqbulları qəbul edəcək.

Sonda ümumi nəticələr hesablanaraq "Ən yaxşı tank bölüyü" adı uğrunda keçirilən yarışın qalibləri mükafatlandırılacaq.

Xəbər lenti
0