Çoban itləri

Bakıda evində 300 it saxlayan şəxs məhkəməyə verildi

1 / 2
131
(Yenilənib 16:38 24.09.2018)
Sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsi tələb edilib

BAKI, 24 sentyabr — Sputnik. Xəzər Rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan şəxsi məhkəməyə verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, G.İslamov iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edib.

O ərizəsində qeyd edib ki, Mərdəkan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək Eldar Mansurov adlı şəxsin həmin qəsəbənin R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.

İcra başçısının iddia ərizəsində göstərilib ki, ətrafda narahatlıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb: “İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Xəzər rayon Polis idarəsinin, Mərdəkan Bələdiyyəsinin, rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq sahəsinin və Mərdəkan qəsəbə inzibati ərazi dairəsinin nümayəndələri, Canlı Aləmin Mühafizəsi Alyansının əməkdaşları tərəfindən Eldar Mansurova məxsus həyətə baxış keçirilib. Baxış zamanı 300-ə yaxın itin qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxlandığı, buna görə də ərazidə kəskin qoxunun və səs-küyün gəldiyi aşkar edilib”.

G.İslamov ərizəsində bildirib ki, araşdırmalardan sonra E.Mansurov barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2 maddələrində nəzərdə tutulan “Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq, sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub: “Eldar Mansurov qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən saydan artıq ev heyvanları saxladığı üçün Xəzər rayon Polis idaərsinin 1-ci polis bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub”.

G.İslamov Xəzər rayon Məhkəməsinə müraciətində sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib.

İddia üzrə məhkəmənin hazırlıq iclasına hakim Əkrəm Qəhrəmanovun sədrlik edib.

Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.

131
Teqlər:
şikayət, İcra Hakimiyyətinin başçısı, Xəzər rayonu, məhkəmə, it
Bakıda yağışlı hava

Dekabr gözlədiyimiz kimi olacaq

2
(Yenilənib 14:39 30.11.2020)
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 19-32 mm) gözlənilir.

BAKI, 30 noyabr — Sputnik. Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 4-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın olacağı, gündüzlər 8-13, bəzi günlərdə 4-6 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 24-34 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 6-9, dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7, bəzi günlərdə 9-14 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 27-53 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 2-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı (norma 24-48 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 4-7 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 19-32 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4-8 dərəcə isti, bəzi günlərdə 0-4, dağlarda 6-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 1-5 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 45-106 mm) gözlənilir.

2
Teqlər:
Xocavənd, Xocalı, Abşeron yarımadası, Bakı, Yağış
Dağıdılmış şəhər, arxiv şəkli

Ulu öndər onları qətliamdan xilas etdi, İlham Əliyev isə torpaqlarına qovuşdurdu

11
(Yenilənib 14:25 30.11.2020)
Səyyarə Mircəfəroova: "Allah rəhmət eləsin Heydər Əliyevə. Onun tapşırığı ilə Araz çayı dayandırıldı və biz Cənubi Azərbaycana keçdik".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. 1993 cü il, oktyabrın 29-u... Zəngilan erməni silahlı qüvvələri tərəfindən mühasirədədir. On minlərlə insan ölüm təhlükəsi ilə üz-üzədir. Hamı həyəcanla hadisələrin axarını gözləyir. Uşaqların çığırtısı, qadınların qorxu dolu baxışları...

Hamı ümidini Allaha bağlayıb. Araz sahili Zəngilan sakinləri ilə dolub...

Nə olacaq, ay Allah? Bizidəmi ikinci Xocalı qətliamı gözləyir?

Aradan 27 il keçsə də, zəngilanlılar həmin günləri xatirələrindən silə bilmir. 1993-cü ilin oktyabr ayı onların qan yaddaşına çevrilib...

Məcburi şəkildə Zəngilandan köçkün düşən Səyyarə Mircəfərova Zəngilanı ürək ağrısı ilə xatırlayır. Uşaqlıq, gənclik illəri Zəngilanda keçən Səyyarə ana, deyir ki, rayonu tərk edəndə 31 yaşı olub.

© Sputnik / Irade JELIL
Məcburi şəkildə Zəngilandan köçkün düşən Səyyarə Mircəfərova

"Zəngilan rayonu mənim əbədi olaraq ürəyimdə iz salıb. Mən bu torpaqda böyümüşəm, orada addım atmışam, bütün arzularım Zəngilanla bağlı olub. Rayonumuz iki həftə müharisədə qaldı. Əgər Araz çayını dayandırıb, bizi keçirməsəydilər, Zəngilanda ikinci Xocalı qətliamı baş verə bilərdi. Allah rəhmət eləsin Heydər Əliyevə. Onun tapşırığı ilə Araz çayı dayandırıldı və biz Cənubi Azərbaycana keçdik. Həmin vaxt mənim üç övladım, iki oğlum, bir qızım vardı".

Səyyarə Mircəfərovanın sözlərinə görə, atası seyid olub və həmin vaxt Araz çayı dayandırlan zaman birinci İrana o keçib. Seyid Ərəb kişi illər boyu Zəngilan həsrəti ilə yaşayıb və ömrünün son günlərində belə, o torpaqlara qayıtmaq arzusunu dilə gətirib.

Zəngilandan qaçqın düşən ailə Bakıda Xətai rayonunda uşaq bağçasında məskunlaşıb və uzun illər burada yaşayıb.

Müsahibimiz bildirir ki, illər boyu qaçqın damğası ilə yaşamaq asan olmayıb. Bu damğanı hər yerdə hiss ediblər: "Utanırdıq, sıxılırdıq qaçqın sözündən".

Səyyarə xanım, dnaışdıqca göz yaşları süzülür. Qaçqınlığın ağrılı-acılı günlərini dilə gətirirdi.

Bu gün isə bütün zəngilanlılar kimi o da qürurludur.

"Çox qürurluyam, sevinirəm ki, artıq qaçqın deyiləm. Daha heç kim mənə qaçqın deyə bilməyəcək. Daha özümü damğalı kimi hiss etmirəm" - deyən Səyyarə Mircəfərova səbrsizliklə torpaqlarına gedəcəyi günü gözləyir.

Deyir heç olmasa bircə dəfə Mincivanın torpağını görsün, havasını ciyərlərinə çəksin.

© Sputnik / Irade JELIL
Səyyarə Mircəfərovanın sözlərinə görə, atası seyid olub

"Vətən həsrəti ağırdır, qızım. Kaş o yerlərə gedə biləydim, kaş heç olmasa torpağın qoxusunu hiss edə biləydim. Görəsən evimiz dururmu? Görəsən heç olmasa daşı daş üstə qalıbmı? Bəzən gecələr gəlir gözümün önünə torpağım, vətənim, yurdum. Yadıma gəlir əvvəllər bir qarğış vardı, kimsə kimisə qarğıyanda deyərdi ki, "yurdun, yuvan dağılsın"... Yurdumuzu, yuvamızı dağıdanların, yurdu-yuvası dağılsın..."

Xatırladaq ki, Zəngilanın Mincivan qəsəbəsi Araz çayının sahilində yerləşir. Burada əsasən 1795-1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşmışdı.

Mincivan 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Oktyabrın 20-də Zəngilan şəhəri, 21-də isə Mincivan qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

11
Teqlər:
Heydər Əliyev, Xocalı qətliamı, Qarabağın işğalı, işğal, Zəngilanın azad olunması
 Rusiya sülhməramlıların Xankəndində hospitalı

Rusiya sülhməramlıları Xankəndində hospital açıb

0
(Yenilənib 14:45 30.11.2020)
Hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var

BAKI, 30 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaradıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Pnevmokarkas modulların yerləşdirilməsi başa çatıb. İlk növbədə biz sülhməramlı kontingentin tibbi təminatını həyata keçirəcəyik. Biz dinc əhaliyə də yardım etməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik", - deyə tibbi bölmənin rəisi Yaroslav İvanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var: "Hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var".

0
Teqlər:
laboratoriya, Rusiya, sülhməramlılar, Xankəndi