Qaynar xətt mərkəzi

"Qaynar xətlər" zəng əlindən dolub-daşır: Təəssüf, çox təəssüf...

21178
(Yenilənib 10:16 24.09.2018)
"Hörmətli abunəçi, zənginizi qeydə aldıq, bilməyinizi istəyirik ki, bu problem tək sizdə deyil"

BAKI, 24 sentyabr — Sputnik. Adam gərək Allahla danışa. Heç vaxt səslərini yüksəltməyiblər, üstümüzə qışqırmayıblar, "nə var e, zəhləmizi tökürsünüz" deyə çəmkirməyiblər. Çox nəzakətlə, ədəb-ərkanla davranıblar:

— Alo, salam.

— Salam, buyurun.

— Küçəmizdə kanalizasiya borusu partlayıb, hər yeri su basıb.

— Xəbərimiz var, vətəndaş. Amma təəssüf ki, heç cür yardım edə bilməyəcəyik. Hazırda əməkdaşlarımız başqa işlərlə məşğuldurlar.

— Axı, burada sel, üfunət aləmi götürüb…

— Sizi başa düşürük, amma çox təəssüf ki, əlimizdən başqa heç nə gəlmir!

İnsafən, bir dəfə olsun, kobudluq etməyiblər, sözümüzü kəsməyiblər, səbrlə və təmkinlə sonadək dərdimizi dinləyiblər:

— Deməli, hörmətli provayder, 3 gündür mənzilimizdə internet yoxdur. Mənim bütün işim, fəaliyyətim internet üzərində qurulub. Yəni, internet olmasa, mənim əlim-qolum bağlı qalır… Alo, ordasız?

— Bəli, bəli. Siz dinləyirik.

— Aha, indi də 3 gündür evdə internet yoxdur. Belə olmaz axı, bir əncam çəkin.

— Hörmətli abunəçi, zənginizi qeydə aldıq. Bilməyinizi istəyirik ki, bu problem tək sizdə deyil, rayonun yarısında var. Texniki nasazlıq baş verib. Və dərin təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, hələlik problemi aradan qaldırmaq mümkün deyil.

— Heç olmasa, nasazlığın nə zaman həll ediləcəyini deyin…

— Təəssüflər olsun ki, bu haqda konkret heç bir məlumat verə bilməyəcəyik!

Gecənin bir aləmində zəng vur, oyanıb cavab veriblər və dillərinə də dolamayıblar ki, "ala, adımız 7/24-ə çıxıb deyə, yuxumuza haram qatmalısınız?". Mədəniyyət nümunəsi:

— "Pristupum" tutub, ölürəm, təcili yardım göndərin!

— Allah şəfa versin, təəssüf edirik…

— Təəssüf etməyin, həkim göndərin!

— Sizin halınıza təəssüf etmirik e, ona təəssüf edirik ki, cəmi 2 təcili yardım avtomobilimiz var, ikisi də çağırışdadır.

— İndi mən ağrıdan ölməliyəm?!

— Allah eləməsin, kim istəyər bunu! Amma bir daha təəssüflənirik ki, bu dəqiqə sizə kömək eləmək üçün əlimizdən heç nə gəlmir. Avtomobillər nə vaxt o biri çağırışlardan dönər, onda da göndərərik.

Şəxsən mən eşitməmişəm ki, "cibimizdən oğurladıqlarınız haram xoşunuz olsun, sağ yeməyəsiniz, boğazınızda düyünlənsin, gözünüzdən gəlsin" kimi bədduaların bircəciyinə "öz payınız olsun, ağzınızdan çıxıb ovcunuza tökülsün, qarğışınız dilinizdə qurusun, arzunuz gözünüzdə qalsın" tipli cavab versinlər:

— Xanım, 2 gün qabaq 10 manatlıq kontur vurmuşdum, düz-əməlli də danışmamışam, amma indi balansım 0 göstərir.

— Aydındır, hörmətli abunəçi. Siz müxtəlif SMS xidmətlərinə qoşulmusunuz, ona görə balansınızdan pul çıxılır.

— Mən heç nəyə qoşulmamışam, kim qoşub? Nəyimə lazımdır o gic-gic xidmətlər? Çıxarın məni o qoşulmalardan.

— Çox üzr istəyirik, hörmətli müştəri, təəssüf ki, bunu edə bilməyəcəyik.

— Ay xanım, siz nə danışırsınız?! Mənim pulum niyə boşuna getməlidir. Mən sizin abunəçinizəm və tələb edirəm ki, xəbərim olmadan qoşulduğum xidmətlərdən azad edəsiniz məni!

— Təəssüf edirik ki, biz bunu edə bilməyəcəyik. Bunun üçün… şirkətinə müraciət etməlisiniz.

— Mən o şirkəti tanımıram, sizi tanıyıram, pulu da sizə ödəyirəm.

— Əfsus ki, başqa cür yardım edə bilməyəcəyik. Başqa sualınız?

— Sizin də…, o şirkətin də… Bu, nə xidmətdir, nə soyğunçuluqdur, nə fırıldaqdır!

— Təşəkkür edirik, zənginiz bizim üçün çox önəmlidir!

Bəziləri də var ki, nəzakətin dozasını artırırlar. Məsələn, "Azəriqaz". İlk zəngə cavab vermirlər, ikinci-üçüncü zəngdə dəstəyi qaldırırlar. Bu da ondan irəli gəlir ki, durub əl-üzünə su vurmalısan, güzgü qarşısında göz-qaşına əl gəzdirməlisən (çox da görüntülü zəng deyil) və ünsiyyətdən öncə vətəndaşla davranış təlimatını bir daha öz-özünə təkrarlamalısan:

— Qazımız niyə kəsildi birdən-birə?

— Çox hörmətli vətəndaş, birdən-birə kəsilmədi, bir saat əvvəldən mətbuat vasitəsilə xəbərdarlıq etdik ki, sizin rayonda 3 gün qaz olmayacaq.

— Nə danışırsınız? İndi necə edək?

— Artıq heç nə. Amma bir saat öncədən xəbər tutsaydınız, tədarükünüzü görərdiniz.

— Bir saata neyniyəsiydik, balonlara qaz doldurub saxlayacaqdıq?

— Xeyr, ən azından, qaz balonu ala bilərdiniz. Belə vəziyyətdə isə, təəssüflə qeyd edim ki, sizə heç bir köməyimiz dəyməyəcək. Zənginizə görə çox sağ olun!

Bir də var Bakı Şəhər İcra Hakimiyyəti (492-63-11), Təhsil Nazirliyi (146) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (1655) kimi qurumların "qaynar xətt"lərində əyləşənlərin yüksək həssaslığı. Onların əlaqə nömrələrinə, ümumiyyətlə cavab verən yoxdur. Çünki ən incə ehtimalları nəzərə alırlar. İnsanlıq halıdır da, birdən operator dəstəyi qaldırdı və vətəndaşla kobud davrandı, nə bilim, təəssüf hissini ifadə etməyi unutdu, düzgün üzrxahlıq edə bilmədi…

Deməli, bu cür nəzakətsizlik risklərini gözə almaqdansa, ən yaxşısı dəstəyi qaldırmamaqdır (Zatən, cavab versələr belə, təəssüf etməkdən başqa əllərindən heç nə gəlməyəcək).

P.S.

Görəsən kim kimdən ideya oğurlayıb: Şairmi onlardan, onlarmı şairdən?

Ya sök, ya tik, nə fərqi var,

bu daxma düzəlməyəcək.

Gəl sənə təsəlli verim:

darıxma, düzəlməyəcək!

21178
Teqlər:
nəzakət, abunəçi, müştəri, zəng, davranış, qurum, vətəndaş, xidmət, cavab
Əlaqədar
Onlardan şikayətiniz varsa, təcili qaynar xəttə müraciət edin
"Qaynar xətt" Sputnik-in əməkdaşına həvalə edilib
Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
Bakıda qəbiristanlıqların "qaynar xətti" varmış
MSK-nın "qaynar xətt"inə şikayət daxil olmayıb
Əllərində smartfonlar olan gənclər, arxiv şəkli

Alternativ kanallar: daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir

23
(Yenilənib 18:15 19.10.2020)
Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər.

Amerikanın məşhur fantast yazıçısı Rey Bredberinin bir hekayəsində bir-biri ilə çarpışan iki ölkənin texnoloji qarşıdurması əks olunub. Uzun sürən müharibədə hər gün bir yeni silah icad olunsa da, qarşı tərəf tezliklə daha yenisini yaradırmış. Beləliklə, çarpışma heç vaxt bitmirmiş. Hər yeni texnologiya başqa birisinin ərsəyə gəlməsinə səbəb olurmuş. Beləliklə, bütün köhnə biliklər də unudulurmuş.

Həyatda həmişə alternativlər olmalıdır

Günlərin bir günü bir şəxs köhnə dədə-baba qaydasına qayıtmağa qərar verir. Adi kağızda klassik metodla hesablama aparır. Onun bu yanaşması yaşadığı ölkənin rəhbərliyində bir şok yaradır, çünki artıq heç kim hesablamanı kalkulyatorsuz apara bilmirmiş. Yəni bütün inkişaf mərhələsini keçəndən sonra insanlar yenidən sadə bir qaydaya üz tutmalı olurlar, çünki irəli getməyə yer qalmır.

Rey Bredberinin hekayəsi, əslində, daha ciddi problemi ortaya qoyub. Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər. İnternetə alternativ hər hansı informasiya kanalı varmı? Bəli, hələ var.

Ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir

Məsələn, radio və televiziya siqnalları hələ də köhnə qayda ilə ötürülür. İnternet olmadan belə ölkənin istənilən yerində radionu dinləmək və ən azı yerli kanallara pulsuz baxmaq olur. Bəzi aparatların köməyi ilə pul ödəyib internetsiz, peyk vasitəsilə gələn televiziya siqnallarının köməyi də kanallara baxmaq, məlumat almaq olur.

Köhnə ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir. İşıq da sönsə, internet də qırılsa, ona heç bir təsiri olmur. İşlədiyi kimi işləyir, əgər qarşı tərəfdə də belə bir telefon varsa, rahatlıqla pul ödəmədən danışmaq olur.

Texnologiya nə qədər inkişaf etsə də, nədənsə hələ də “köhnə”, bəlkə də yararsız kimi görünən bir çox vasitə hələ də praktik xeyir gətirməkdədir. “İnternetdə hər şey var, nəyisə yaddaş kartında saxlamaq nəyə lazım” deyənlərin bir çoxu hərdən ehtiyac duyulan bir məlumatı tapa bilmir. Bu gün bu kitab, film və ya digər informasiya açıq mənbədə var, sabah isə kiminsə tələbi ilə yığışdırıla da bilər.

Ailə şəkillərindən tutmuş şəxsi yazı-pozusuna kimi hər bir məlumatı internetdə saxlayan nə qədər insan var. Əvvəl bu şəkillər üçün albom alardıq, xüsusi səliqə ilə düzərdik. Hətta əsgərlikdən nə qədər gözəl albom gətirənlər var. Hərbi qulluğun son 6 ayını məhz bu işə sərf edərmişlər. İndisə hər nəyimiz varsa, vermişik “quql”un ixtiyarına. Açar cansız bir süni intellektin, axtarış sisteminin əlindədir, hara istəsə, ora da fırladacaq. Qapada da bilər, aça da.

Həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir

Deyirlər, “ehtiyatlı oğulun anası ağlamaz”. Yəni hər bir çətin durum üçün bir ehtiyat variantının olmalıdır. Ən çətin iş məlumatı qoruyub saxlamaq olub, çünki haraya yerləşdirsən belə, həmin sərt disk yanıb sıradan çıxa bilər. Adi disklər bəlkə də kompüterin yaddaş kartından daha etibarlı qoruyurlar məlumatı. Hətta özünün DVD diskinə 100 il təminat verən şirkət də var. Kifayət qədər bahalı olsa da, informasiya itmir.

Əslində, ehtiyat variantları, alternativlər bizim həyatımızı olduqca zənginləşdirir. Hər yeni texnologiya köhnəsini sırada çıxara bilər, amma həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir. Bunun yüzlərlə nümunəsini görürük. Hazırda dünya yeni enerji mənbələri axtarır, istehsal edilən avtomobillərin artıq tam elektrik enerjisi ilə çalışacağını proqnozlaşdırılır. Neft-qaz erasının bitəcəyini iddia edənlər də az deyil. Amma bütün bunlar bir əlavə ehtiyat variantı kim hələ uzun müddət bəşəriyyətə xeyir verə biləcəklər.

Dünyada ən böyük enerji ehtiyatı isə məhz daş kömür formasında toplanıb. Bəli, bu gün müasir şəhəri onunla qızdırmağa icazə yoxdur, amma bu enerji forması bizim sivilizasiyanı hələ uzun müddət məhv olmaqdan xilas edə bilər. Hələ neçə əsr onu yerin altında çıxarmaq imkanı var. Hələ də daş kömürdən dünya iqtisadiyyatında geniş istifadə edilir.

Braziliyada ən dəbdə olan yanacaq növü texniki spirtdir. Həm ekoloji təmizdir, həm də ondan avtomobillərin bir çoxu yararlanır. Həm istehsalı böyükdür, həm də hara gedəcəyi məlumdur. Deməli, dünyada baş verə biləcək neft-qaz böhranı bu ölkə üçün elə də təhlükəli deyil.

Müharibə dövründə alternativlərin qiyməti birə on artır

Vinil valların dövranı çoxdan bitib, amma hələ də onları sifariş edən, aparatını alıb musiqini dinləyən nə qədər insan var. Səbəbini özləri də bilmirlər bəlkə də. Ya deyək, kimi dindirsən, deyəcək kənd təsərrüfatında artıq yalnız və yalnız texnikadan istifadə edilir. Nə ata, nə eşşəyə yer yoxdur. Amma bu heç də belə deyil. Bir çox kiçik təsərrüfatda hələ də atdan yararlanırlar, çünki iri texnika saxlamaq həm bahadır, həm də problemli. Bunun benzini var, texniki qulluğu. 5 hektardan az olan fermer təsərrüfatında elə atdan istifadə daha məqsədəuyğundur. Dağ ərazilərində, texnika və avtomobillərin keçə bilmədiyi yerlərdə at da, eşşək də işə yarayır. Benzin və ya detalların olmadığı şəraitdə bir qədər otla işi yola vermək olar.

Müharibə dövründə alternativlərin, hər hansı bir əlavə variantların qiyməti birə on artır. Döyüş zonasında həm müvəqqəti, həm də daimi sülhə nail olmaq olar, amma informasiya müharibəsində atəşkəs olmur. Hamı deyir, daha vacibi internet və sosial şəbəkədir, burada gərək döyüşəsən. Əlbəttə, internetin imkanları olduqca yüksəkdir, amma bəzən internetin çatmadığı yerlərdə kiçik bir yerli radiostansiya əhəmiyyət kəsb edir. Elə Azərbaycanın özündə çoxlu peyk antenası var. Nə qədər insan bu alternativ informasiya kanalından yararlanır.

Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil

Axı, İsveçin də, Danimarkanın da xeyli kiçik şəhəri var. Bunların bir çoxunda heç Azərbaycanın varlığından xəbəri olmayan yüzlərlə insana lap elə yerli qəzet vasitəsilə ölkəmiz barədə faydalı bir məlumat vermək özü də bir qəhrəmanlıqdır. Qəzeti, radiosu, televiziyası hələ də məlumat ötürülməsində böyük əhəmiyyət daşıyan yüzlərlə ölkə var. Hər ölkənin kitabxanasına yerli dildə Azərbaycan barədə 10-15 kitab verə bilsək, xaricdə təhsil alan hər azərbaycanlı tələbə öz ölkəsi və Dağlıq Qarabağ münaqişəsindən ara-sıra 5-10 kəlmə danışa bilsə, informasiyanın çatdırılmasında irəli gedə bilərik. Görə biləcəyin kiçik bir işi bacarsan, deməli ümumi prosesdə qalib gələ bilərik.

Erməni tərəfi artıq əsrləridir hər bir alternativ kanaldan informasiya ötürməklə məşğuldur. 300 növ dolması olan Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil. Hələ sovet dönəmində “Aşpaz müsabiqəsinə gəlmişik” adlı erməni filmində dolma ilə bağlı yaddaqalan bir epizod nəzər çəkir. Moskvaya yarışmaya gələn erməni aşpazları məhz dolma bişirir və vaxtında onu jüriyə verə bilmirlər. Yer tutmasalar da, dolmanın çox dadlı olması ilə bağlı xeyli tərif eşidirik. Yəni hələ 1977-ci ildə ekrana çıxan bu film Sovet İttifaqının hər yerini gəzmişdi. Gəl, bundan sonra sübut elə ki, dolma türk mənşəli sözdür və Azərbaycanda daha dadlısı bişirilir.

Hər bir mümkün ehtiyat kanalları ilə məlumat ötürməyi bacarmalıyıq. Məlumatın yalnız Facebook və ya Twitter-lə ötürüldüyünü düşünmək doğru deyil. Hərtərəfli ehtiyat sistemləri, alternativ kanallar olmalıdır. İnformasiyanın ötürülməsində daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir. Bu baxımdan daha çox çalışmağa ehtiyac duyulur.

23

Ordumuz tarix yazır, Baş Prokurorluq sənəd - bu günlər kitablara düşəcək

70
(Yenilənib 00:52 20.10.2020)
Münaqişənin siyasi həllində maraqlı olmayan Ermənistan 27 il ərzində təmas xəttində hərbi təxribatlarını davam etdirib

BAKI, 19 oktyabr - Sputnik. 1987, 1992-94-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmələr nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20% torpaqları, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon zəbt edilmiş, 20000 azərbaycanlı öldürülmüş, 50000 nəfər əlil olmuş, 4000 nəfər itkin düşmüş, 1000000 azərbaycanlı yaşadıqları yerlərdən qovularaq qaçqın olmuşlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir.

Məlumatda vurğulanır ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz tamamilə çıxarılması və didərgin düşmüş əhalinin öz yerlərinə qaytarılması barədə 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etməsinə baxmayaraq, hazıradək Ermənistan tərəfindən icra edilməmişdir.

Münaqişənin siyasi həllində maraqlı olmayan Ermənistan 27 il ərzində təmas xəttində davam edən hərbi təxribatlarına davam etmiş, nəticədə 2020-ci ilin sentyabr ayının 27-də növbəti dəfə Azərbaycanın təmas xətti boyunca əhalinin məskunlaşdığı əraziləri atəşə tutaraq, münaqişənin gərginliyinə səbəb olan işğal siyasətini bir daha təsdiq etmişdir.

Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən yaşayış məntəqələri, onların daxil olduğu rayonları və işğaldan azad edilmə tarixi:

1. Qaraxanbəyli kəndi (Füzuli rayonu, 27.09.2020)
2. Qərvənd kəndi (Füzuli rayonu, 27.09.2020)
3. Kənd Horadiz (Füzuli rayonu, 27.09.2020)
4. Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli rayonu, 27.09.2020)
5. Böyük Mərcanlı kəndi (Cəbrayıl rayonu, 27.09.2020)
6. Nüzgar kəndi (Cəbrayıl rayonu, 27.09.2020)
7. Suqovuşan kəndi (Tərtər rayonu, 03.10.2020)
8. Talış kəndi (Tərtər rayonu, 03.10.2020)
9. Mehdili kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
10. Çaxırlı kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
11. Aşağı Maralyan kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
12. Şəybəy kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
13. Quycaq kəndi (Cəbrayıl rayonu, 03.10.2020)
14. Aşağı Əbdürrəhmanlı kəndi (Füzuli rayonu, 03.10.2020)
15. Cəbrayıl şəhəri (Cəbrayıl rayon mərkəzi, 04.10.2020)
16. Karxulu kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
17. Şükürbəyli kəndi (Cəbrayıl rayonu, 04.10.2020)

18. Çərəkən kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
19. Daşkəsən kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
20. Horovlu kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
21. Mahmudlu kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
22. Cəfərabad kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
23. Yuxarı Maralyan kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
24. Decal kəndi (Cəbrayıl rayonu, 04.10.2020)
25. Şıxalıağalı kəndi (Cəbrayıl rayonu, 05.10.2020)
26. Sarıcalı kəndi (Cəbrayıl rayonu, 05.10.2020)

27. Məzrə kəndi (Cəbrayıl rayonu, 05.10.2020)
28. Hadrut qəsəbəsi (Xocavənd rayonu, 09.10.2020)

29. Çaylı kəndi (Tərtər rayonu, 09.10.2020)
30. Yuxarı Güzlək kəndi (Füzuli rayonu, 09.10.2020)
31. Qışlaq kəndi (Füzuli rayonu, 09.10.2020)
32. Gorazıllı kəndi (Füzuli rayonu, 09.10.2020)
33. Qaracallı kəndi (Cəbrayıl rayonu, 09.10.2020)
34. Süleymanlı kəndi (Cəbrayıl rayonu, 09.10.2020)
35. Əfəndilər kəndi (Cəbrayıl rayonu, 09.10.2020)
36. Sur kəndi (Xocavənd rayonu, 09.10.2020)
37. Qaradağlı, (Füzuli rayonu, 14.10.2020)
38. Xatunbulaq, (Füzuli rayonu, 14.10.2020)
39. Qarakollu, (Füzuli rayonu, 14.10.2020)
40. Bulutan, (Xocavənd rayonu, 14.10.2020)
41. Məlikcanlı, (Xocavənd rayonu, 14.10.2020)
42. Kəmərtük, (Xocavənd rayonu, 14.10.2020)

43. Təkə, (Xocavənd rayonu, 14.10.2020)
44. Tağaser, (Xocavənd rayonu, 14.10.2020)
45. Arış, (Füzuli rayonu, 15.10.2020)
46. Doşulu, (Cəbrayıl rayonu, 15.10.2020)
47. Edişə, (Xocavənd rayonu, 15.10.2020)

48. Düdükçü, (Xocavənd rayonu, 15.10.2020)
49. Edilli, (Xocavənd rayonu, 15.10.2020)
50. Çiraquz, (Xocavənd rayonu, 15.10.2020)
51. Xırmancıq, (Xocavənd rayonu, 16.10.2020)
52. Ağbulaq, (Xocavənd rayonu, 16.10.2020)
53. Axullu, (Xocavənd rayonu, 16.10.2020)
54. Qoçəhmədli, (Füzuli rayonu, 17.10.2020)
55. Çimən, (Füzuli rayonu, 17.10.2020)
56. Cuvarlı, (Füzuli rayonu, 17.10.2020)
57. Pirəhmədli, (Füzuli rayonu, 17.10.2020)

58. Musabəyli, (Füzuli rayonu, 17.10.2020)
59. İşıqlı, (Füzuli rayonu, 17.10.2020)
60. Dədəli, (Füzuli rayonu, 17.10.2020)
61. Füzuli şəhəri, (Füzuli rayon mərkəzi, 17.10.2020)
62. Soltanlı, (Cəbrayıl rayonu, 19.10.2020)
63. Əmirvarlı, (Cəbrayıl rayonu, 19.10.2020)
64. Maşanlı, (Cəbrayıl rayonu, 19.10.2020)
65. Hasanlı, (Cəbrayıl rayonu, 19.10.2020)
66. Alıkeyxalı, (Cəbrayıl rayonu, 19.10.2020)
67. Qumlaq, (Cəbrayıl rayonu, 19.10.2020)
68. Hacılı, (Cəbrayıl rayonu, 19.10.2020)
69. Göyərçin Veysəlli, (Cəbrayıl rayonu, 19.10.2020)
70. Niyazqulular, (Cəbrayıl rayonu, 19.10.2020)
71. Keçəl Məmmədli, (Cəbrayıl rayonu, 19.10.2020)
72. Şahvəlli, (Cəbrayıl rayonu, 19.10.2020)
73. Hacı İsmayıllı, (Cəbrayıl rayonu, 19.10.2020)
74. İsaqlı, (Cəbrayıl rayonu, 19.10.2020)

70
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir

43
(Yenilənib 08:04 20.10.2020)
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.

43
Teqlər:
Müdafiə Nazirliyi, Zəngilan, Qubadlı, erməni təxribatı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə