Yağış yağan çuxurlar su ilə dolur, yol keçilməz vəziyyətə düşür

"Azərsu"dan yağış suları ilə bağlı acizlik etirafı

202
“Azərsu”: İstəsək də, bu vəziyyətin qarşısını tam almaq mümkün deyildi

BAKI, 23 sentyabr — Sputnik. Artıq şəhərdə yağış suları təmizlənib. 

Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib. 

Onun sözlərinə görə, şəhərdə vəziyyət stabilləşib:

“Səhər saatlarında Bakıya yağan qısa müddətli leysan problem yaradıb. Şəhərdə yaranan xeyli suyun təmizlənməsinə xidmət edən Sahil kollektoru suyu daşıya bilmədiyi üçün onun Xəzər dənizinə çıxan təxliyə xətlərini iki yerdən açdıq. Su dənizə axıdıldı və vəziyyət stabilləşdi”. 

Anar Cəbrayıllı qeyd edib ki, hazırda mütəxəssislər fəsadların yaranması barədə araşdırma aparırlar: 

“Qısa müddətdə bu cür leysan olması nəticəsində belə problemin yaranması təbii haldır. İstəsək də, bu vəziyyətin qarşısını tam almaq mümkün deyildi. Hazırda isə şəhərdə ərazisində yaranan fəsadlar aradan qaldırılıb”.

202