Qucağında körpəsini tutmuş ata

Gənc ataların 25 faizi psixoloji problemlərdən əziyyət çəkir

64
(Yenilənib 19:01 22.09.2018)
Doğuşdan sonra qadınların 13 faizi depressiyaya düşür

BAKI, 22 sentyabr — Sputnik. İsveç alimlərinin tədqiqatları göstərir ki, yeni ata olmuş şəxslərin 25 faizi uşaqların dünyaya gəlməsi ilə bağlı psixoloji problemlərdən əziyyət çəkir.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Lund Universitetinin alimləri 10 il ərzində bu məsələni öyrəniblər və sübut olunub ki, yeni ata olmuş şəxslərin dörddəbirindən çoxu depressiyadan əziyyət çəkir. Bundan əvvəl aparılmış təhlillər onların sayının 4-10 faiz olduğunu göstərmişdi, lakin yeni tədqiqatlara görə, yeni ata olmuş insanlar arasında depressiya keçirənlərin real sayı 28 faizə yaxındır.

Maraqlı fakt ondan ibarətdir ki, uşaqlar dünyaya gəldikdən sonra mənəvi cəhətdən sıxıntı çəkən ataların sayı doğuşdan sonra depressiya keçirən qadınlara nisbətən ən azı iki dəfə çoxdur. Bu cür qadınların sayı cəmi 13 faiz təşkil edir.

Lund Universitetinin alimi Eliza Psuninin sözlərinə görə, kişilərdə depressiya daha intensiv və ardıcıl şəkildə davam edir. Bu vəziyyətə düşən insanlarda qəzəb, əsəbilik, habelə süstlük müşahidə olunur.

Eliza Psuni hesab edir ki, kişilər ailədə münaqişələrlə qarşılaşaraq, yeni ata vəzifəsini gündəlik işi ilə uzlaşdırmalı olur. Bu səbəbdən kişinin əsəb sistemi tab gətirməyə bilər. Bundan başqa, uşaq doğulduqdan sonra atalarda yaranan depressiya qadınlarda olduğundan daha fərqlidir. Qadınlarda depressiya bədəndəki dəyişikliklə, döş nahiyəsindəki ağrı hissi ilə, həmçinin ilk aylar körpənin ağlamasından yaranan əsəbiliklə bağlıdır.

64
Teqlər:
psixologiya, uşaq, qadın, ana, gənc ata, ata, Lund, Eliza Psuni, İsveç
Əlaqədar
Ulduz futbolçu 4-cü dəfə ata oldu
"Facebook"un təsisçisi ikinci dəfə ata oldu
İki yaşlı qızını torpağa tapşıran ata: "Silaha sarılmaq istəyirəm"