1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Gift & Promo Fair 2018 sərgisi

Azərbaycanda reklamçılar debatlar üçün yeni meydança əldə etdi

53
(Yenilənib 18:02 20.09.2018)
Bakıda keçirilən sərgi çərçivəsində yerli və xarici reklam şirkətləri arasında potensial müştərilərin axtarışına yönələn, davamlı, qarşılıqlı olaraq səmərəli əlaqələrin qurulması gözlənilir

BAKI, 20 sentyabr — Sputnik. “Azərbaycanda keçirilən ilk "AdPrint" sərgisi miqyasına görə regionda reklam xidmətlərinin bütün spektrini əhatə edən və həm yerli, həm də xarici şirkətləri bir araya gətirən yeganə tədbirdir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu sərginin açılış mərasimində çıxış edən "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib.

Bu il "Caspian Event Organisers" ("CEO") şirkətinin tədbirlər sırasına yeni 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi "AdPrint" sərgisi əlavə olunub. Sərgi 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgisi ilə paralel olaraq 20-22 sentyabr 2018-ci il tarixlərində "Boulevard Hotel Baku" mehmanxanasında keçirilir.

Hidayətzadənin sözlərinə görə, sərgidə Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edirlər: "İştirakçılar skanerləri, "Flexi Capture" proqram təminatını, İT-texnologiyaları, ofis avadanlıqlarını, nəşriyyat-poliqrafiya xidmətlərini, istənilən növ avadanlıq və ləvazimatları (rəqəmsal çap, tekstil materiallar üzərində çap, genişformatlı çap, "3D" formatlı çap və s.), stendlərin quraşdırılmasını, tekstil avadanlıqları, suvenirləri, "POS" və reklam materiallarını, eləcə də təşviqat məhsullarını, peşəkar çap avadanlıqlarını (ofset, rəqəmsal, çapa qədər/çapdan sonrakı işləmə üçün avadanlıqlar və s.), istehlak mallarını və bir sıra digər materialları təqdim edəcəklər".

Reklam məhsulların irəli çəkilməsində önəmli rol oynayır və onlar haqqında məlumat təqdim edir: "Bununla da reklamdan istifadə edən şirkətlər bazarda daha rəqabətə davamlı və innovativ olurlar" — deyə "Caspian Event Organisers"-in sədri vurğulayıb.

  • 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Gift & Promo Fair 2018 sərgisi
    1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgisi
    © Sputnik / Murad Orujov
  • 1-я Азербайджанская международная выставка Подарки и промо-продукция
    1-я Азербайджанская международная выставка "Подарки и промо-продукция"

1 / 10
© Sputnik / Murad Orujov
1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgisi

Sərgiləri interaktiv işgüzar proqram müşayiət edir. Belə ki, sərginin ilk iş günündə eksponentlər və potensial sifarişçilər arasında heç bir vasitəçi olmadan işgüzar danışıqlar aparmaq və sıx əlaqələr qurmaq üçün "B2B" formatlı görüşlər təşkil ediləcək. Sərginin ikinci iş günündə də iştirakçı şirkətlər və onların potensial sifarişçiləri arasında görüşlər keçiriləcək, lakin bu görüşlərin formatı bir qədər fərqli olacaqdır — bu görüşlər çərçivəsində müxtəlif səpgili müzakirələr aparılacaq, çıxış edənlər isə məhz sifarişçilər olacaq.

Sözügedən müzakirələr zamanı sifarişçilər təşviqat məhsulları təklif edən şirkətlər ilə bağlı gözləntilərindən, eləcə də hansı məhsullara olan tələbatın təklifləri üstələdiyindən danışa biləcəklər. İştirakçılar isə bu müzakirələr çərçivəsində ən yaxşı ideyaları səsləndirməklə yanaşı, münasib qiymətə ən yaxşı keyfiyyəti təklif etmək imkanı qazanacaqlar.

Bundan əlavə müzakirələr bazarın inkişafına, habelə iştirakçılar arasında qarşılıqlı fayda verən möhkəm əlaqələrin qurulmasına şərait yaradacaq.

Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstəklənir.

Sputnik Azərbaycan 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi "AdPrint" və 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgisinin informasiya tərəfdaşıdır.

53
Teqlər:
Bəhruz Hidayətzadə, Caspian Event Organisers, tədbir, sərgi