Əjdərbəy məscidində qanvermə aksiyası keçirilib

Aksiya davam edir: 2,5 min litr qan götürülüb

83
(Yenilənib 16:53 20.09.2018)
Məscidlərdə qan vermək üçün böyük növbə müşahidə edilir

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, aksiyalar Bakı şəhəri üzrə: Binəqədi rayonu "İmam Əli məscidi", Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı", Nəsimi rayonu "Əjdərbəy məscidi " (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas məscidi", Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı", Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı" və "İçəri şəhər Cümə məscidi", Suraxanı rayonu "Qaracuxur məscidi", Yasamal rayonu "Təzə pir məscidi" və "Hacı Soltanəli məscidi"ndə keçirilir.

Əjdərbəy məscidində qanvermə aksiyası keçirilib
© Sputnik / Irade CELIL
Əjdərbəy məscidində qanvermə aksiyası keçirilib

Bölgələrdə: Gəncə şəhəri "İmamzadə kompleksi", Lənkəran şəhəri "Böyük bazar məscidi", Mingəçevir şəhəri "Heydər məscidi", Sumqayıt şəhər "Cümə məscidi", Şəki şəhəri "İmam Əli məscidi", Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi", Biləsuvar rayonu "Cümə məscidi"(mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu rayon Mərkəzi Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi.

Qanvermə aksiyası səhər 9:00-dan başlanıb.

Əjdərbəy məscidində qanvermə aksiyası keçirilib
© Sputnik / Irade CELIL
Əjdərbəy məscidində qanvermə aksiyası keçirilib

Saat 16:00-ya olan məlumata əsasən, 5340 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2403 litr qan tədarük olunub.

Sputnik Azərbaycan-ın əməkdaşı “Əjdərbəy məscidi”ndə olub və qanvermə aksiyasını müşahidə edib.

Həkim Naimə Qurbanzadənin sözlərinə görə, indiyə qədər 200 nəfər qan vermək üçün müraciət edib: “Amma biz qan götürməmişdən öncə analiz götürürük. Xroniki xəstəliklər, qanazlığı, ürək xəstəlikləri və s. olan insanlardan belə şəraitdə qan götürmək bir qədər təhlükəlidir. Biz həm qanverənlərdən vəziyyətləri haqqında soruşuruq, həm də analiz edirik. Təzyiqlərini, qidalanmalarını öyrənirik".

Həkim bildirir ki, qanvermə aksiyasına insanların marağı böyük olsa da, ancaq qanvermə şərtləri imkan verən insanlardan qan götürülür.

Əjdərbəy məscidində qanvermə aksiyası keçirilib
© Sputnik / Irade CELIL
Əjdərbəy məscidində qanvermə aksiyası keçirilib

Qeyd edək ki, qan verənlərin təzyiqinin normallaşdırılması üçün məntəqənin yanında onlar üçün çay və şirniyyatdan ibarət ehsan süfrəsi açılmışdı.

Həkim bildirdi ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Könüllü qanvermə aksiyaları axşam saatlarına kimi, eləcə də Məhərrəmlik ayı boyunca davam edəcək.

83
Teqlər:
Aşura günü, qanvermə aksiyası, Qafqaz Müsəlmanları İdarəsi, Səhiyyə Nazirliyi, məscid
Əlaqədar
Polisdən Aşura günü xəbərdarlığı gəldi
Beyləqanda Aşura mərasimi izdihamlı keçib
Aşura günü toplanan qanın miqdarı açıqlandı
Aşura günü münasibətilə 1000-ə yaxın insan qan verib