Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива

Polisdən Aşura günü xəbərdarlığı gəldi

88
(Yenilənib 18:55 19.09.2018)
DYP Aşura günü ilə bağlı sürücülərə müraciət edib

BAKI, 19 noyabr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sentyabrın 20-də baş tutacaq Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, Aşura günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq, məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər: 

“Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə, məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığındakı avtomobil yolunun hərəkət hissəsində, ikinci və üçüncü cərgədə avtomobil saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə, park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.

88