Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezidentin sərəncamı din xadimləri tərəfindən böyük rəğbətlə qarşılanıb

296
(Yenilənib 15:23 19.09.2018)
Dini konfessiyaların rəhbərləri İlham Əliyevə məktub ünvanlayıblar

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıblar. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

Biz — Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri milli-mənəvi dəyərlərimizin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərdiyiniz qayğının əyani göstəricisi olan Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında imzaladığınız Sərəncama görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Dünyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığı nadir dövlətlərdən biridir. Ölkəmizdəki bu tolerant mühitin yaradılması və inkişafı bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər, həmçinin müstəqil Azərbaycanda möhkəm dayaqlara əsaslanan dövlət-din münasibətləri modelinin də əsasını qoyub. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli-mənəvi dəyərlərimizin qorunması, dini ibadət ocaqlarının bərpası və inşası Ulu Öndərin daim diqqətində olub.

Bu gün də Sizin müdrik rəhbərliyinizin nəticəsində ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Müstəqilliyimizi bərpa etdiyimiz dövrdə Azərbaycanda 17 məscid fəaliyyət göstərdiyi halda, bu gün ölkəmizdə iki min beş yüzədək məscid mövcuddur və bu ibadətgahların bir çoxunun bərpası və inşası dövlət tərəfindən həyata keçirilib. Sizin müdrik siyasətiniz nəticəsində ölkəmizdə məscid, kilsə və sinaqoqların bərpasına və yenilərinin inşasına xüsusi diqqət yetirilir. Gəncədəki İmamzadə ziyarətgahı, Şamaxı Cümə məscidi, xüsusilə Qafqazın ən böyük ibadət ocağı olan Heydər məscidi başda olmaqla, bir çox ibadətgahın dövlət vəsaiti ilə bərpası və inşası Sizin dinə olan qayğı və diqqətinizin əyani göstəricisidir.

Müasir Azərbaycanın iqtisadi və hərbi gücü ilə yanaşı, mədəni gücü ilə də dünya ölkələri sırasında özünəməxsus yeri var. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində bu gün bütün dünya Azərbaycanı multikulturalizmin və tolerantlığın mərkəzi kimi tanıyır. Dövlətimizin bu siyasətini dünyadakı böyük din mərkəzləri rəğbətlə qarşılayır. 2016-cı ili "Multikulturalizm İli" elan etməyiniz dünyada get-gedə rəvac tapmağa çalışan mono-kultural düşüncələrə layiqli cavabdır.

Həmçinin imzaladığınız Sərəncamla 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi məzhəbçilik və təfriqəçilik ideyalarına qarşı İslam dünyasını vəhdətə səsləyən mühüm bir mesaj oldu. Multikultural dəyərlərə sadiqlik baxımından dünyaya nümunə olan ölkəmiz, İslam həmrəyliyinə verdiyi önəm baxımından da müsəlman dünyası üçün örnəkdir. Təsadüfi deyil ki, dünyada böyük nüfuz sahibi olan bir çox dini lider Azərbaycanın müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində yaşadığı ölkə olduğunu vurğulamış və bu birgəyaşayış ənənəsinin ölkəmizin haqlı olaraq fəxr edə biləcəyi dini dözümlülük və qarşılıqlı anlaşma sayəsində mümkün olduğunu bildirmişdir.

Şübhəsiz ki, bütün bunlar Ulu Öndərin və Zati-alinizin ümumbəşəri dəyərlərə əsaslanan siyasətinin nəticəsində olub. Xalqımıza məxsus olan ali insani dəyərlərin dünyada təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də danılmazdır.

Təəssüflə qeyd edirik ki, müasir dünyanın bir çox yerində dini dəyərləri istismar edən radikal qüvvələrin destruktiv fəaliyyətinə şahid oluruq. İnsanların ən müqəddəs duyğularından sui-istifadə edən belə qüvvələr din adı ilə müxtəlif mənfi hərəkətlərə yol verərək bir çox ölkəni xaosa sürükləməyə nail olublar. Onların dünyanın müxtəlif guşələrində özlərinə sosial dayaq tapmalarında dini dəyərlərin insanlara düzgün çatdırılmamasının rolu danılmazdır.

Bu baxımdan dünya dinlərini, o cümlədən İslamı, xristianlığı və yəhudiliyi elmi əsaslarla tədris edən təhsil müəssisələrinə ciddi ehtiyac var. Belə müəssisələrin mövcudluğu ali dini və bəşəri dəyərlərin insanlara çatdırılması, eləcə də dini fanatizmin və radikalizmin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasına dair imzaladığınız Sərəncam da məhz bu mərama xidmət edir. İnstitutun dinşünaslıq və islamşünaslıq sahələrindəki təhsil standartları, eləcə də bu müəssisədə dərin biliyə və yüksək intellektə malik olan, müxtəlif dillərdə sərbəst şəkildə mühazirə oxuya bilən alimlərin çalışması onu deməyə əsas verir ki, Azərbaycan İlahiyyat İnstitutu Sizin etimadınızı doğruldacaq, imzaladığınız Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin edən elm ocağına çevriləcək.

Möhtərəm cənab Prezident! Sizi əmin etmək istərdik ki, Azərbaycan İlahiyyat İnstitutu istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyimizin keşiyində duran yüksək ixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcək".

Qeyd edək ki, məktub aşağıdakı din xadimlərinin adından ünvanlanıb:

Şeyxülislam Allahşükür Paşazadə — Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Aleksandr — Bakı və Azərbaycanın arxiyepiskopu,

Milix Yevdayev — Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Aleksandr Şarovski — Avropa yəhudilərinin Bakı icmasının sədri,

Robert Mobili — Alban-udi dini icmasının sədri.

296
Teqlər:
Azərbaycan İlahiyyat İnstitutu, İslam dini, multikulturalizm, tolerantlıq, Azərbaycan
Əlaqədar
Bunu bilməliyik: İslam dini idmanda hansı şərtlər və qadağalar qoyur?
Azərbaycan Prezidenti: “Göstərdik ki, İslam mədəniyyət dinidir"
Mehriban Əliyeva: "İslam dinini terrorla əlaqələndirənlərin sayı artır"
"Yas adı ilə keçirilən banketlərin islam dininə heç bir aidiyyatı yoxdur"
Opera müğənnisi Yusif Eyvazov, arxiv şəkli

Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür

22
Vokalçı Yusif Eyvazov artıq çəkidən qurtulmaq istəyən pərəstişkarlarına stressiz və mənşəyi məlum olmayan dərmanlarsız arıqlamağın yollarını öyrətmək niyyətindədir

BAKI, 31 may - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Yusif Eyvazov pərəstişkarlarına onun xarici görkəmini tamamilə dəyişən qəfil arıqlamağının sirrini açacağına söz verib.

Sputnik Azərbaycan bildirir ki, o, Instagram-dakı səhifəsində artıq çəkidən qurtulmaq istəyən hər bir kəsə kömək etməyə hazır olduğunu deyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yusif Eyvazov Tenor Official (@yusif_eyvazov_official)

“Dostlar, siz öz həyatınızı, öz bədəninizi dəyişə bilərsiniz. Necə bilirsiniz, mən sizə öz idman zalımdan onlayn məşqlər keçsəm, sağlam qida haqda, orqanizm üçün stres yaşatmadan, tədricən, sağlam yolla, kimya və dərmansız kilolardan qurtulmaq barədə danışsam, necə olar?” – deyə Y.Eyvazov izləyicilərinə müraciət edib.

Xatırladaq ki, azərbaycanlı vokalçı 2019-cu ildən arıqlamağa başlayıb. O, 30 kq artıq çəkidən qurtulub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.

22
Əlaqədar
Koronavirus maneə deyil, yenə isti olacaq - "Jara" baş tutacaq
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Hüseyn Həsənov yeni avtomobilinə külli miqdarda pul xərcləyib
Əlcək geyinmiş cütlük

Dərini maska əlcək altında necə qorumalı dermatoloq tövsiyəsi

18
(Yenilənib 21:49 31.05.2020)
İXM-ə edilən əlavəyə görə, Azərbaycanda təyin olunmuş yerlərdə maska taxmayan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər

BAKI, 31 may - Sputnik. Tibb elmləri doktoru, dermatoloq Yuliya Qallyamova maska və əlcək taxarkən dərini qorumağın yollarını açıqlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, həkimin sözlərinə görə, ən allergen əlcəklər lateksdən hazırlananlardır.

“Real həyatda bizi göbələklərdən qoruyan dərinin özünə müdafiə lazımdır, onun su-lipid balansını artırmaq vacibdir”, - dermatoloq deyib.

Bunun üçün nəmləndirici əl kremindən istifadə etmək gərəkdir, çünki insanlar tez-tez əllərini yuyur və sanitayzerlə dezinfeksiya edirlər.

“Əgər dəri qurudursa, qidalandırıcı, bir qədər yağlı, əgər qalındırsa, altında piy qatı çoxdursa, o zaman yüngül, su əsaslı, gel kimi kremlərdən istifadə etmək gərəkdir”, - Qallyamova tövsiyə edib.

Maskalar üzdə qıcıq yaradarsa, bu zaman qıcıqlanan dəri üçün kremlərdən istifadə etmək lazımdır. Dermatoloq bildirir ki, onların tərkibində dermatitin qarşısını almağa kömək edən sink var.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyunun 15-dək uzaldılsa da, bəzi qaydaları qismən yumşaldılıb. Ancaq bununla yanaşı, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Bu gün isə Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Məcəlləyə edilən əlavəyə görə, tələbləri pozan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

18
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Deputatlar maskasızların cəriməsini "kəsdilər"
Üzünüzü görək: ilin sonuna qədər maskada? – SORĞU
Maskalar məsuliyyətsiz şəkildə atılarsa...
30 qəpiklik maskaya 100 manat ödəmək istəmirsiniz?
Haradan biləydilər... 1.6 milyard maskanı yandırdılar
Minneapolisdə etirazlar

Rusiya ABŞ-a nota verdi

22
(Yenilənib 00:38 01.06.2020)
“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – səfir Anatoli Antonov

BAKI, 31 may - Sputnik. Rusiya Federasiyasının səfirliyi ABŞ Dövlət Departamentinə RİA Novosti-nin müxbirinin başına gələn hadisəyə görə nota verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

RİA Novosti-nin müxbiri Mixail Turgiyev Minneapolisdəki etiraz aksiyalarını  işıqlandırarkən polisin hücumuna məruz qalıb – o, jurnalist vəsiqəsini göstərib mətbuat nümayəndəsi olduğunu desə də onun üzünə gözyaşardıcı qaz sıxıblar. Turgiyevin yanında olan Amerikanın VICE telekanalının bir qrup jurnalisti də analoji təzyiqlə üzləşib.

“Mixail Turgiyev və yanılndakı amerikalı jurnalistlər yerli polislər tərəfindən yolverilməz münasibətə məruz qalıblar. Hadisə yerində çəkilmiş kadrlardan aydın olur ki, mətbuat işçiləri hündürdən və aydın şəkildə özlərinin jurnalist olduqlarını deyirlər, geyimləri üzərində lazımi nişanlar var, onlar sənədlərini təqdim edib və heç bir müqavimət göstərməyiblər”, - Antonovun sözləri səfirliyin Facebook səhifəsində yayımlanıb.

“Bu hiddətləndirici fakta görə Dövlət Departamentinə etiraz notası göndərilib. Biz geniş araşdırma aparılmasını və onun nəticələri barədə məlumatlandırılmağımızı tələb etmişik”, - Antonov deyib.

“ABŞ-da KİV işçilərinin hüquqlarının pozulmasının momitorinqini aparan hüquq müdafiə təşkilatlarının bu insidenti nəzərə almasına nail olacağıq”, - səfir dəqiqləşdirib.

O həmçinin qeyd edib ki, “Amerika mətbuatı tərəfindən hər-hansı ictimai təəssüf və ya təsəlli cəhdi sezməyib”.

“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – deyə Antonov sual edib.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.

22
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi
ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı