CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Banklarda əmanətləri olan vətəndaşların diqqətinə!

© Photo : Facebook / Bank RespublikaBank əməliyyatçıları, arxiv şəkli
Bank əməliyyatçıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bonus səbəbindən qorunan əmanətlərindən mərhum edilən əmanətçilər fonda müraciət etməklə öz pullarını artıq geri ala bilərlər

BAKI, 19 sentyabr — Sputnik. "Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qanunun şərh edilməsinə dair qərar qəbul edib. Belə ki, müflis olan banklarda bonuslu əmanətlərin qorunan olub-olmaması müəyyənləşdirilən zaman qorunan faizlərin hesablanmasında problemlər var idi".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, xüsusən də "Dəmirbank"ın əmanətçilərinin bir qismi öz qorunan əmanətlərini ala bilmirdi: "Sözügedən bank daha çox əmanət cəlb etmək üçün bonus kampaniyaları keçirirdi. Belə kampaniyalar, həmçinin qorunan əmanətlərə aid edilirdi. Əmanətlərin Sığortalanması Fondu isə bankların ödədiyi bonusun faiz dərəcələrinə daxil edilib-edilməməsi barədə qərar verə bilmədiyi üçün bəzi əmanətlər qorunmayan hesab edilirdi və nəticədə vətəndaş öz pulunu geri ala bilmirdi".

© © KarikaturaKişinin pulu gözünün qabağında olar
Kişinin pulu gözünün qabağında olar - Sputnik Azərbaycan
Kişinin pulu gözünün qabağında olar

"Məsələn, müflis olmuş bank 15 faizlə qorunan manat əmanəti qəbul edir və illik əlavə olaraq 2 faiz bonus ödəyir. Bu halda sual yaranırdı: həmin əmanətin faizi 15, yoxsa 17-dir? Belə ki, 15 faiz sığortalanır, amma 17 faizlik əmanət qorunmur" — ekspert əlavə edib.

Bayramovun sözlərinə görə, Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir: "Bu isə, o deməkdir, Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar çıxarıb və 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən əmanət müqavilələrində dividend faizi 17 yox 15-dir. Yəni, həmin əmanətlər qorunur və geri qaytarılmalıdır".

Ekspert bildirib ki, bonuslar səbəbindən əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər: "Söhbət milyonlarla manatla ifadə olunan əmanətlərin geri qaytarılmasına başlanılmasından gedir".

"Bu baxımdan, bonus səbəbindən qorunan əmanətlərindən mərhum edilən əmanətçilər fonda müraciət etməklə öz pullarını artıq geri ala bilərlər. Konstitusiya Məhkəməsinin son qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə hətta bu gün fonda müraciət edib pullarını tam olaraq geri almaq imkanı yaratdı" — deyə V.Bayramov fikrini yekunlaşdırıb.

Xəbər lenti
0