Мессенджер WhatsApp на экране смартфона, фото из архива

Bir gün WhatsApp-ınız qarala bilər...

101
(Yenilənib 04:09 19.09.2018)
WhatsApp gecə versiyası həm İOS, həm də Android tətbiqlərinə gələcək

BAKI, 19 sentyabr — Sputnik. Uzun müddətdir ki, WhatsApp sosial şəbəkəsində gözlənilən funksiya yaxın günlərdə istifadəçilərə təqdim ediləcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, WhatsApp gecə versiyası həm İOS, həm də Android tətbiqlərinə gələcək.

Məlumata görə, WhatsApp qara rəngini seçənlər batareya istifadəsinə 5 faiz qənaət etmiş olacaq. Yəni qara rəngli WhatsApp, daha qənətli olacaq.

Hələ ki, beta səviyyəsində olan qaralma funksiyası ilin sonundan etibarən bütün cihazlarda olan tətbiqlərə əlavə ediləcək.

101
Teqlər:
mesencer, İOS, WhatsApp, qənaət, enerji, Android
Zaqatala mənzərə

Azərbaycanın bölgələrində günlük kirayə ev bazarı canlanıb

5
(Yenilənib 18:03 21.06.2021)
Bölgələrdə günlük kirayə ev bazarında canlanma müşahidə edilir. Hətta evlərin əksəriyyəti əvvəlcədən sifarişlə tutulub. Qiymətlərdə 4-5 dəfə artım var.

BAKI, 21 iyun – Sputnik. Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmışdı. Bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. Sputnik Azərbaycan-ın bölgə müxbiri şimal-qərb bölgəsindəki hazırkı vəziyyəti araşdırıb. Məlum olub ki, bu il yüksək tələbat səbəbindən qiymətlər yenə əvvəlki vəziyyətinə qayıdıb.

Rayon sakini Barat Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, artıq qonaqları qarşılamağa hazırdırlar: “Keçən il pandemiya ilə əlaqədar olaraq heç bir nəfər də gələn olmadı. 100 manat, 80 manatlıq evləri 30 manata, 20 manata da saldırdıq, amma gələn olmadı. İndi yenə 80 manata, 100 manata razılaşma yolu ilə verə bilərik”.

Rieltor İlqar Muradov bildirir ki, bu il günlük kirayə evlərə tələbat çoxdur. Qiymətlər də ərazidən asılı olaraq 80-150 manat arasında dəyişir:

“Ay yarımdır ki, mənə zənglər gəlir, evlər sifariş olunur. Şəhərin yuxarı hissəsində -  Xan Sarayı tərəfdə, “Marxal”, “Dodu məhəlləsi” tərəflərdə qiymətlər 100-150 manat civarındadır. Qiymətlər öz axarına düşüb. Aşağıda isti olduğu üçün 30 manat civarında fərq var”.

Zaqatalada da günlük kirayə evlərə tələbat artıb. Rieltor İlkin Mirzəyinin sözlərinə görə, turistlər ən çox dağətəyi və yaşıllıq ərazilərdəki evlərə üstünlük verirlər: “Əvvəllər şəhərdəki evlərə maraq var idisə, indi kənd evlərinə üstünlük verirlər. Həm şəhərə yaxın, həm də dağətəyi olduğu üçün Car kəndindəki evlərə turistlərin marağı daha çoxdur”.

Rieltor bildirib ki, ötən ilə nisbətən qiymətlərdə də xeyli fərq var.

“Keçən il turist az idi deyə 50 manatlıq evlər hətta 20 manata qədər düşmüşdü. Bu il yaxşıdır. Tələbat var, gələn-gedənlərimiz var. Qiymətlər hazırda 30 manatdan başlayır. Şəraitdən asılı olaraq da 40-50, hətta 100 manata kimi qiymətlər dəyişir”.

Ev sahibləri də turist axınını nəzərə alaraq qiymətləri artırıblar. Rayon sakini Hikmət Məmmədovun sözlərinə görə, qonaqla danışıqdan asılı olaraq endirim də edirlər.

“Ötən il evləri 20 manata da verirdik, ancaq qalan yox idi. Bu il adam sayına baxırıq. 50 manata veririk, 40 manata olur. Tək adam olsa, 30 manata da veririk. Bir də uzunmüddətli qalan olanda endirim edirik. Gələn də var".

Rieltorlar vurğulayıblar ki, bu il xarici ölkələrə getməkdə müəyyən məhdudiyyətlər olduğundan vətəndaşlar əsasən rayonlara üz tutacaqlar. Bu səbəbdən də gündəlik kirayə ev qiymətlərinin iyul-avqust aylarında daha da artacağı gözlənilir.

Eləcə də oxuyun:

5
Teqlər:
yay mövsümü, qiymətlər, Qax, Zaqatala, Şəki, bölgələr, kirayə mənzil, kirayə ev, kirayə
Mİngəçevirdə keçmiş turist bazasının ərazisi

Mingəçevir sakinləri təşvişdə: "İlanlar artıq ev heyvanına çevrilib" - FOTO

672
(Yenilənib 18:07 21.06.2021)
İlan zəhəri bəzi xəstəliklər üçün faydalı olsa da, ilan sancanın həyatda qalması üçün bəzən dəqiqələr belə çatmır. Mingəçevirdə Boz dağ adlanan ərazidə daha çox yayılan gürzənin zəhərindən istifadə mümkündür. Ancaq hələ ki, ondan qorunmaq lazım gəlir.

BAKI, 21 iyun — Sputnik. Mingəçevir şəhərində yerləşən keçmiş turist bazasında ilanlar sakinlər üçün qorxulu kabusa çevrilib.

Sputnik Azərbaycan xəbər verir ki, isti günlərdə ilanların sayı daha da artdığından onlar insanlara, ev quşlarına zərər yetirirlər. Turbazada Ağdam, Kəlbəcər, Laçın rayonundan olan sakinlər məskunlaşıblar.

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə keçmiş turist bazasında məskunlaşan sakinlər

Ağdam sakini olan Valeh Məcnunov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində ilanların soyuducudan, divara asılan xalçanın arxasından çıxdığını deyib: “Düzünü desəm, ilanlar, demək olar ki, biz sakinlərin ev heyvanına çevrilib. Həyətdə, evin içində rahat sürünürlər. Həyat yoldaşım bir neçə gün öncə soyuducunu açanda gürzə ayağının üstünə düşüb. Çox qorxmuşdu, böyük oğlum özünü çatdırıb tez məhv etmişdi. Kiçik oğlum Muradı isə həyətdə gəzən zaman ayağından sancıb. Tez xəstəxanaya çatdırdıq, şükür, ciddi problem yaranmadı. Azyaşlı uşaqlara görə qorxuruq, onları sancsa, ağır fəsadları ola bilər. Bu zəhərli canlılara bir əncam çəksələr, yaxşı olar”.

© Sputnik / Rahim Mammadov
Laçın sakini Gözəl Teymurova

İlanlarla bərabər, əqrəb və digər zəhərli həşəratlar da turbazada təhlükə saçır. İlanlar insanlarla yanaşı, toyuq-cücəyə də zərər yetirir. Laçın sakini Gözəl Teymurova Sputnik Azərbaycan-a bildirib: “Otuz ildir burada məskunlaşmışıq, elə ilanlar da bizimlə bərabərdir. İsti günlərdə daha da artırlar. Qızım toyuq hinində də görüb, hətta qoluna dolanıb ona zərər yetirməyə az qalmış özümü çatdırıb bellə başını əzmişəm. Çox qorxuludur buralar".

Gözəl xanım tezliklə yurduna dönəcəyi və doğma torpağına qovuşmaq sevinci ilə yanaşı, sürünənlərdən də canını qurtaracağı günü gözləyir: "Çox sağ olsun şanlı ordumuz, möhtərəm prezidentimiz, torpaqlarımızı işğaldan azad etdilər. Tezliklə öz kəndimizə qayıdacağım günü gözləyirəm”.

Turbazada yaşayanlar bildirirlər ki, əvvəlki illərdə ərazi dizinfeksiya ediləndə həşəratlar, ilanlar nisbətən azalmışdı. Bu il isə burada dərmanlama işləri aparılmayıb. Mingəçevir Dezinfeksiya İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, onlar təsərrüfat hesablı idarə olduqlarına görə dərmanlama işləri üçün müqavilə bağlanmalıdır.

Eləcə də oxuyun:

672