Bank filialı qarşısında növbə

Bank filiallarında insan əlindən tərpənmək olmur - Yeni narazılıq meydana çıxıb

20064
(Yenilənib 17:43 18.09.2018)
Müştərilər haqlıdır, yoxsa bankar və ya problemi necə həll etmək olar?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Müasir dövrdə çox az adam tapılar ki, bank xidmətlərindən istifadə etməsin. Təbii ki, bank xidmətindən yararlanmaq istəyən şəxs bunun üçün müştəri xidmətlərinə müraciət etməlidir.

Amma müştəri xidmətləri bütün banklarda ürəkaçan səviyyədə deyil. Çox vaxt müştərilər banklarda yaranmış uzun növbələrlə üzləşirlər. Həmçinin, banklarda xidmət göstərən pəncərələrin az olması, kassaların tez bağlanması, həftə sonlarının qeyri-iş günü olması da narazılıq doğuran məsələlərdəndir.

Sputnik Azərbaycan-a müştərilər tərəfindən bu və digər məsələlərlə bağlı şikayətlər daxil olub. Müraciətlərin əksəriyyəti bankların şənbə və bazar günləri işləməməsi və iş günlərində bank filiallarında saatlarla davam edən növbələrin yaranması ilə bağlıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Sputnik Azərbaycan-ın mövzu üzrə sorğusuna cavab olaraq bildirildi ki, bankların iş rejimi onların daxili reqlamenti ilə tənzimlənir: "Ölkədə fəaliyyət göstərən əksər bankların müəyyən filialları həftəsonu da müştərilərə xidmət göstərir, bəzi bankların filialları isə 24/7 rejimində çalışır".

Bankda növbə
©Karikatura
Bankda növbə

"Bundan əlavə, bayram və digər tədbirlərlə bağlı qeyri-iş günləri ərzində əhalinin və turistlərin valyutadəyişmə və digər xidmətlərdən rahat faydalanmaları üçün Palatanın tövsiyəsi ilə bankların bir sıra filial və şöbələri gücləndirilmiş iş rejimində çalışır. Həmin günlər ərzində Palatanın işçi heyətindən ibarət xüsusi monitorinq qrupu bank xidmətləri ilə bağlı müraciətləri qəbul edir" — deyə MBNP-dən qeyd olundu.

Palatadan "Bank filialları az və ya bankın müştəriləri çoxdurnu deyə bu problemlər yaşanır?" sualımıza da cavab verildi: "Makroiqtisadi sabitlik fonunda iqtisadiyyatda müşahidə olunan canlanma kredit aktivliyinin yüksəlməsi ilə bank xidmətlərinə tələbatı artırıb. 2018-ci ilin I yarımilliyində bankların kredit portfeli 3.3% artaraq (375 mln. AZN) 11.7 mlrd. AZN təşkil edib. Hazırda fəaliyyətdə olan 30 bankın 511 filialı müştərilərə müxtəlif bank xidmətləri göstərir".

"Palata tərəfindən mütəmadi olaraq yoxlamalar həyata keçirilir. Vətəndaşlar xidmət sahələrində yarana biləcək hər hansı bir çətinliklə bağlı müraciət ünvanlaya bilərlər. Müştərilər tərəfindən bankların iş rejimi ilə bağlı şikayətlər Palataya daxil olmayıb. Qeyd edək ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də virtual bankçılıq inkişaf edir. Və bu da o deməkdir ki, vətəndaşlar banklara əvvəlki qədər axın etmirlər" – deyə qurumdan bildirildi.

UNEC-in professoru, bank-maliyyə məsələləri üzrə ekspert Elnur Sadıqov da problemi Sputnik Azərbaycan-a şərh edib. Onun sözlərinə görə, Azərbaycanda banklarla bağlı qanunda qeyd olunub ki, bank filialları poçtlardan fərqli olaraq həftə sonları işləmir.

"Mərkəzi Bank valyuta qiymətini cümə günü elan edir və birinci günə keçirir. Əgər şənbə və bazar günü müştəri bankda hər hansı bir əməliyyat həyata keçirərsə, bank orada nə valyuta kursunu dəyişə bilməz və heç bir əməliyyat apara bilməz" — deyə mütəxəssis bildirib.

E.Sadıqovun fikrincə, buna görə də bank filiallarının şənbə-bazar işləməsinə ehtiyacyoxdur: "Eyni zamanda, bank işçiləri də fasiləsiz işləyə bilməz. Onlar da istirahət etməlidirlər. Şənbə və bazar günlərində müştərilər əməliyyatlar aparmaq üçün poçtlara müraciət etməlidirlər. Filiallarda həftəiçi vaxt itirmək istəməyən müştərilər isə onlayn bankçılıqdan istifadə etməlidirlər".

20064
Teqlər:
Elnur Sadıqov, iş günü, MBNP, Sputnik Azərbaycan, Maliyyə Bazarlarına Nəzarət Palatası, şikayət, vətəndaş, bank, xidmət
Əlaqədar
Manat və banklarla bağlı məyusedici vəziyyət yaranıb
Ləğv olunmuş banklardan kredit alanlara önəmli xəbər
"Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmalı və faiz dərəcələrini endirməlidir"
Rusiya Mərkəzi Bankının binasında yanğın olub
Facebook şirkətinin Menli Parkdakı ofisinin qarşısında like ikonası, arxiv şəkli

İllinoys sakinləri məhkəmədə Facebook-dan 650 milyon dollar uddular

8
Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi

BAKI, 27 fevral — Sputnik. Kaliforniya məhkəməsi İllinoys ştatı sakinlərinin kollektiv iddiasını təmin etmək üçün Facebook şirkətinin 650 milyon dollarlıq təklifini təsdiqləyib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Chicago Tribune yazır.

İllinoys ştatının sakinləri 2015-ci ildə məhkəmədə Facebook şirkətinə qarşı iddia qaldıraraq onun üztanıma texnologiyasından istifadə edərək biometrik məlumatları topladığını və bu səbəbdən qanunu pozduğunu demişdilər. Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi.

Məhkəmənin qərarına əsasən, ştatın 1.6 milyon sakinindən hər biri kompensasiya qismində şirkətdən ən azı 345 dollar alacaq. Məbləğin bir qismi hüquqşünasın xidmətinin ödənməsinə sərf olunacaq.

Hakim Ceyms Donato bu işi "əlamətdar nəticə" adlandırıb: "Ümumilikdə iddianın təmin olunması rəqəmsal mühitdə hər zaman aktual problem olan şəxsi məlumatların qorunması baxımından istehlakçılar üçün ciddi qələbə deməkdir". 

Bir qədər öncə Facebook-dan bildirilib ki, sosial şəbəkədə üztanıma texnologiyasından avtomatik olaraq istifadə edilməyəcək. Şirkətdən bəyan ediblər ki, istifadəçilərin hər zaman üztanıma texnologiyasından istifadə edib-etməmə kimi seçimi olub, ancaq söz veriblər ki, gələcəkdə bu funksiya ilkin variantda söndürüləcək, istifadəçilər ondan istifadə etmək istəsələr, bunu əyarlarda özləri tənzimləyə biləcəklər.

8
Teqlər:
ABŞ, İllinoys, iddia, məhkəmə, Facebook
Türkiyədə epidemioloji vəziyyət

Məşhur aktyorun koronavirus tədbiri - tez-tez test etdirir

9
Aktyor ötən ay 750 min TL-yə (təxminən 168 min manat) aldığı treyleri çəkiliş meydanında saxlayır və yalnız ondan istifadə edir.

BAKI, 27 fevral — Sputnik. Aktyor Kıvanç Tatlıtuğ tərəf-müqabili Özge Özpirinçci ilə baş rolunu paylaşdığı "Bir Denizaltı Hikayesi" serialının çəkilişləri zamanı koronavirus səbəbi ilə bəzi tədbirlər görüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor çəkiliş heyətinin onun üçün hazırladığı treyleri (təkərlər üstündə ev - red.) qəbul etməyib.

Aktyor ötən ay 750 min TL-yə (təxminən 168 min manat) aldığı treyleri çəkiliş meydanında saxlayır və yalnız ondan istifadə edir. 37 yaşlı aktyor tez-tez koronavirus testi etdirərək virusa yoluxub-yoluxmadığını yoxlayır.

9
Teqlər:
test, Koronavirus, COVID-19, serial, aktyor, Türkiyә
Mövzu:
Yeni tip koronavirus pandemiyası