Arxeoloji qazıntı, arxiv şəkli

Azərbaycanda ortaya çıxan sirli qəbirlərin sədası Türkiyədən gəldi

15402
(Yenilənib 10:25 18.09.2018)
"İnanırıq ki, araşdırma uğurla sona çatdırılacaq və bununla bağlı son məlumatları ictimaiyyətə açıqlayacağıq"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Pirquluoba kəndində arxeoloji qazıntılar aparılır. Qazıntılar zamanı iki qəbir açılıb və orada tapılan insan sümükləri ekspertiza üçün götürülüb. İlkin ehtimala görə, burada tapılan insan sümükləri, 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı onlara qarşı vuruşan, Nuru Paşanın başçılıq etdiyi hərbi birləşmənin şəhid olan əsgərlərinə aiddir.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayev bildirib ki, müəyyən səbəblərə görə ərazidə qazıntı işləri hələ tam başa çatmayıb. Onun sözlərinə görə, qazıntılar və oradan tapılan qəbirlərlə bağlı Sputnik Azərbaycan-da məlumat yayıldıqdan sonra Türkiyənin Bursa Uludağ Universitetinin tarix fakultəsinin rəhbəri Seyfeddin Buntürk və Universitetin digər tarixşünas alimləri onunla əlaqə saxlayıblar.

"Onlar bu araşdırmanın davam etdirilməsində maraqlı olduqlarını və araşdırmanın dövlət səviyyəsində aparılması üçün lazımi instansiyalara məlumat verəcəklərini bildirdilər. Biz də inanırıq ki, araşdırma uğurla sona çatdırılacaq və bununla bağlı son məlumatları ictimaiyyətə açıqlayacağıq" — deyə Q.Ağayev vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda Xaçmazın Pirquluoba kəndində arxeoloji qazıntılar aparılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, rayonun Pirquluoba kəndi ərazisində yerli əhalinin "şəhidlik" adlandırdığı sahədə iki maraqlı qəbir açılıb.

Q.Ağayev açılan qəbirlər barəsində çox maraqlı faktlar danışıb: "Keçən il kənd sakinləri bizə belə bir qəbirin olması barədə məlumat veriblər. Burada arxeoloji qazıntılar aparmaq bizə iyun ayının əvvəlində nəsib oldu. Biz həmin əraziyə baxış keçirdik və orada, ümumilikdə, 4 hektar 82 sot sahənin 5 sotu araşdırma üçün hazırlandı və sahə kol-kosdan təmizlənərək iki qəbir açıldı".

"İlkin ehtimala görə, burada bir nömrəli qəbir qarət olunub, oradan ancaq insan bədəninin kiçik fraqmentlərini aşkar edə bildik. Bu qəbirlərin türk əsgərlərinə məxsus olmasını isə bizə Pirquluoba kəndinin sakinləri söyləyiblər. Təəssüflər olsun ki, insan sümükləri istisna olmaqla, birinci qəbir dağıdılıb" – deyə müsahibimiz əlavə edib.

Həmin qəbirlərin türk əsgərlərinə aid olmasının aydınlaşdırılması heç də Qəhrəman müəllim və onun qrupu üçün çətin olmayıb: "Qəbirlərə ilkin baxış keçirəndə anladıq ki, bu qəbirlər nə orta əsrlərə, nə də tunc dövrünə aiddir. Çünki qəbirlərin dərinliyi o qədər də çox deyildi. Həmçinin qəbirin dini baxımdan müsəlman olan birinə aid olması ölünün basdırılma formasından açıq-aşkar aydın olurdu. Belə ki, açılan qəbirdə mərhum üzü qibləyə doğru, sol yanı üstə basdırılıb və yaşı 30-40 arasında olan müsəlmanın qəbridir. Sümüklərin basdırılma tarixi isə 100 ildən çox dövrü əks etdirmir. Təbii ki, burada ən real cavabı ekspertiza deyəcək".

Müsahibimiz qeyd edib ki, ərazidəki 2 nömrəli qəbirdən isə lazımi qədər arxeoloji material götürülüb: "Qəbirin 1.95 metr dərinliyində tam şəkildə insan skeleti aşkar edildi. Həmin qəbirdən 8 ədəd insan sümüyü ekspertiza üçün götürülüb. Arxeologiya və Etnoqrafiya İnstitutu rəsmi olaraq götürülmüş nümunələri Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təqdim etdi. Məhz orada həmin sümüklərin hansı dövrə aid olması müəyyən ediləcək".

"Xaçmazın Pirquluoba kəndindən gətirilmiş insan sümüklərinin türk mənşəli olub-olmamasını isə Arxeologiya və Etnoqrafiya İnstitutunun antropoloqu Dmitriy Kiriçenko sümüklərə baxış keçirəndən sonra deyə biləcək. Hazırda ekspertizanın nəticələrini gözləyirik və bu barədə sizə də məlumat verəcəyik" – o bildirib.

Kənd sakinləri də bizə maraqlı faktlar danışdılar. Əldə etdiyimiz məlumata görə, 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı Nuru Paşanın başçılığı ilə orada müvəqqəti hərbi qərargah yaradılıb. Həmin qəbirlərin də orada şəhid olan əsgərlərə məxsus olması ehtimal edilir.

Bununla əlaqədar olaraq kənd sakinləri mart ayında Türkiyə səfirliyinə müraciət ediblər. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu ilin mart ayında bu məzarlığa baş çəkib.

İndi rayon ictimaiyyəti səbirsizliklə Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində aparılacaq patoloji müayinələrin verəcəyi rəyi gözləyir. Rəy əsasında ərazidə basdırılan insanların 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı döyüşlərdə qəhrəmancasına şəhid olan türk hərbçilərinə aid olub-olmaması məlum olacaq.

15402
Teqlər:
Qəhrəman Ağayev, Pirquluoba kəndi, arxeoloji qazıntı, Nuru paşa, Sputnik Azərbaycan, qəbir, Xaçmaz rayonu, skelet
Əlaqədar
Pirə xatir dağıdılmayan qəbirin gizlinləri açıldı
Azərbaycanda sevgililər qəbiristanlığı varmış: Qoşa qəbirlərin yanında dəfn qadağandır
Xaçmazda qəbiristanlıq yanıb
Qəbiristanlığa ziyarətə getdi, özü öldü
Sirli qəbirlər açıldı, skeletlər ekspertizaya göndərildi, hər kəs intizarla rəyi gözləyir
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

5
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

5
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

2
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

2
Şərab çəlləkləri, arxiv şəkli

Şərab sisterni partladı, hər yan al rəngə boyandı

0
(Yenilənib 14:46 26.09.2020)
Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

BAKI, 26 sentyabr — Sputnik. İspaniyada şərab sisterninin partlaması hər tərəfi qırmızı rəngə boyayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Villamalea vilayətində baş verib. Belə ki, şərab istehsalı zavodunda çaxırla dolu sisternin partlaması ilə 50 min litr qırmızı şərab ətarfa yayılıb.

Qeyd edək ki, hadisə İspaniyanın"Bodegas Vitivinos" adlı şərab evində baş verib. Bildirilib ki, ətrafa yayılan şərab bu il ərzində toplanan məhsul olub. Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

0