Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Yol probleminin həlli üçün növbəti addım atıldı

128
Prezident İlham Əliyev Abşeronda yol tikintisinə 1,8 milyon manat ayırıb

BAKI, 17 sentyabr — Sputnik. Prezident İlham Əliyev sentyabrın 17-də “Abşeron rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

128
Əlaqədar
Yol polisi sürücülərə xəbərdarlıq edib
Turizm cənnətinə aparan yol təmir ediləcəkmi?
Moldova prezidenti yol qəzasına uğradı
Yol polisi kütləvi reydlər keçirir