Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zirəddin Rzayevdən şok xəbərdarlıq: Onun mirası lənətlənib

© Sputnik / Масляев / Mediabanka keçidCuna Davitaşvili
Cuna Davitaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev dünyaca məşhur olan rusiyalı ekstrasens, daha çox Cuna adı ilə məşhur olan Yevgeniya Davitaşvilinin qohumlarını onun lənəti ilə bağlı xəbərdar edib.

BAKI, 17 sentyabr — Sputnik. Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev dünyaca məşhur olan rusiyalı ekstrasens, daha çox Cuna adı ilə məşhur olan Yevgeniya Davitaşvilinin qohumlarını onun lənəti ilə bağlı xəbərdar edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu azərbaycanlı ekstrasens özünün Instagram səhifəsində yazıb. Rzayev Rusiyanın NTV telekanalında yayımlanan "ÇP.Rassledovaniye" (FH. İstintaq) verlişinin Cunanın lənətindən bəhs edən növbəti buraxılışından şəkil paylaşıb.

"Cuna qeyri-adi və qeyri-standart şəxsiyyət idi. Ölümündən sonra onun mirası uğrunda mübarizəni davam etdirən insanlar başa düşmürlər ki, bunu etmək olmaz. Onların hamısı bundan zərər çəkəcək. Təəssüf ki, insanlar çox axmaqdırlar, bunu başa düşmək istəmirlər" — deyə Rzayev ekstrasens mərhum həmkarının qohumlarını xəbərdar edib.

Cunanın mirası uğrunda onun 13 qohumu mübarizə aparır. Lakin onların 2 illik mübarizəsi heç bir nəticə verməyib. Ekstrasens 2015-ci ildə vəfat edib. Cuna həmçinin astroloq, yazıçı, rəssam və "Beynəlxalq Alternativ Elmlər Akademiyası" İctimai Təşkilatının prezidenti olub. Cuna 2015-ci ilin iyununda 65 yaşında vəfat edib.

Zirəddin Rzayev azərbaycanlı ekstrasens, "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.

Xəbər lenti
0