Daxili İşlər Nazirliyi

Daha bir rayona yeni polis rəisi təyin olundu

335
(Yenilənib 19:04 15.09.2018)
Rəşid Piriyev Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini olub

BAKI, 15 sentyabr — Sputnik. Daxili işlər orqanlarında yeni təyinat olub.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, müvafiq əmrlə Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini, polis polkovniki Rəşid Piriyev vəzifəsindən azad edilib.

O, Beyləqan Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

335
Teqlər:
daxili işlər orqanları, təyinat, polis rəisi, Beyləqan