Taksi

Yol polisi sürücülərə xəbərdarlıq edib

63
(Yenilənib 15:35 15.09.2018)
Reyd zamanı 100-ə yaxın piyada yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb

BAKI, 15 sentyabr — Sputnik. Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi İdarələrinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, eləcə də parklanma qaydalarını pozan sürücülərin və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bir neçə metro stansiyası yaxınlığında keçirilən reydlərdə avtobus dayanacaqlarının zəbt edildiyi aşkarlanıb.

Polis əməkdaşları həmin sürücülərə xəbərdarlıq edərək dayanacaqların boşaldılmasını təmin ediblər.

DYP işçisi Mirzəliyev Xəqani
© Sputnik / Murad Orujov

Bakı şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub. Reyd zamanı metronun “İnşaatçılar”, “Gənclik” yaxınlığında, eləcə də Həsən Əliyev, Koroğlu Rəhimov küçələrində, Nərimanov rayonu ərazisində 100-ə yaxın piyada yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.

Reyd zamanı keçidlərdən istifadə etməyən əsasən ahıl yaşlı piyadaların yolu təhlükəsiz şəraitdə keçmələri polislər tərəfindən təmin olunub.

BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev isə bildirib ki, piyadavurmaların sayı azalsa da bu rəqəmlər yol polisini hələ də narahat edir: "Ona görə də bu rəqəmlərin sayını minimuma endirmək məqsədilə təbliğat işləri gücləndirilib və davam etdiriləcək".

Əsaən maarifləndirmə və tərbiyəvi xarakter daşıyan reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

63
Teqlər:
piyada, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, reyd, taksi, Baş Dövlət Yol Polisi İdarəsi, sürücü
Bıçaq

Məşhur model İstanbulda bıçaqlandı - VİDEO

11
Qeyd edək ki, Rusanova tanınmış "plus size" modellərdəndir. O, bir sıra məşhur brendlərlə, o cümlədən "Wildberries"-lə əməkdaşlıq edir. Rusanova həmçinin aktrisa olmağa hazırlaşır. O, teatr studiyasında işləyir və ifaçılıq sənətini öyrənir

BAKI, 27 yanvar — Sputnik. Türkiyənin İstanbul şəhərində bıçaqlı kişi üç rusiyalıya hücum edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, videoda bir kişinin qaçaraq səkidə hərəkət edən üç nəfərə hücum etdiyi görünür. Hücuma məruz qalanlardan ikisi qaçıb canını qurtarsa da, üçüncüsünə 7-8 bıçaq zərbəsi vurulub. Məlumata görə, yerli sakinlər təcili yardım gələnə qədər özləri yaralıya kömək ediblər.

Bildirilir ki, bıçaqlanan qadın Aleksandra Rusanova dərhal əməliyyat olunub və hazırda vəziyyəti sabit qiymətləndirilir.

Qeyd edək ki, Rusanova tanınmış "plus size" modellərdəndir. O, bir sıra məşhur brendlərlə, o cümlədən "Wildberries"-lə əməkdaşlıq edir. Rusanova həmçinin aktrisa olmağa hazırlaşır. O, teatr studiyasında işləyir və ifaçılıq sənətini öyrənir.

11
Kann festivalında qırmızı xalça, arxiv şəkli

Kann festivalının keçirilmə vaxtı dəyişdirildi

15
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı dünyanın ən məşhur kinofestivallarından biridir. Fransanın cənubundakı Kann şəhərində təşkil edilir.

BAKI, 27 yanvar — Sputnik. Bu ilin may ayında keçirilməli olan Kann Film festivalı iyul ayında baş tutacaq. Bu barədə Sputnik Azərbaycan tədbirin təşkilatçılarına istinadən məlumat verir.

"Mayın 11-dən 22-dək keçirilməsi planlaşdırılan Kanna beynəlxalq kinofestivalı 6-17 iyul aralığında keçiriləcəkdir", - festivalın Twitter-dəki hesabında bildirilir.

Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biridir. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır.

Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başlayıb.

15