Səməd Seyidov

"Azərbaycanın maraqlarına tam uyğun" sənəd nəzərdən keçirilib

37
(Yenilənib 23:04 14.09.2018)
"İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi barədə" qanun layihəsinə baxılıb

BAKI, 14 sentyabr — Sputnik. Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında "İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi barədə" qanun layihəsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Səməd Seyidov bildirib ki, bu gün İslam dünyası inkişaf mərhələsini yaşayır: "İslam Əməkdaşlıq Təşkilatı içərisində bu məsələ çoxdan müzakirə olunub. İslam ölkələri içərisində əmək məsələləri gündən-günə əhəmiyyətini artırır. BMT-də də belə bir Əmək Mərkəzi mövcuddur. Bu sənəd İslam Əməkdaşlıq Təşkilatı içərisində Əmək Mərkəzinin formalaşmasına və buna əsasən üzv olan ölkələr içərisində əmək şəraitinin, sosial məsələlərin həlli istiqamətində vahid bir prinsiplərin işlənilməsinə dair bir sənəddir".

"İƏT çərçivəsində Azərbaycan böyük bir nüfuza malik olan dövlətdir. Biz həmişə bu təşkilata dəstək vermişik və təşkilatdan da həmişə dəstək görmüşük. Sənəd Azərbaycanın maraqlarına tam uyğundur" — deyə komitə sədri vurğulayıb.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

37