CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müasir Azərbaycan ailəsində vəziyyət necədir?

© pixabay / TheVirtualDeniseGənc ailə, arxiv şəkli
Gənc ailə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" müzakirə edilib

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan tarixən güclü, bir çox dünya ölkələrinə nümunə ola biləcək ailə dəyərlərinə sahib olub. Ancaq müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib.

Bu fikirləri "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri Ülkər Abdullayeva "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində keçirilən "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masada səsləndirib. Onun sözlərinə görə, son illərin statistika dinamikasını izləyərkən məlum olur ki, ölkəmizdə nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır. Hadisələrin bu cür inkişafı informasiya dövrünün özü ilə gətirdiyi reallıqdır. Lakin bu, klassik ailə modellərinin sıradan çıxmasına və dolayısı ilə ailə institutunun sarsılmasına səbəb olur.

Abdullayeva bildirib ki, problemin aktuallığını nəzərə alaraq, rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsini həyata keçirir. Dəyirmi Masanı keçirməkdə də məqsəd ölkə ictimaiyyətinin diqqəyini cəmiyyətin vacib problemlərindən biri olan ailələrin hazırkı vəziyyətinə yönəltməkdir. Layihə rəhbəri ailələrin dağılma səbəblərindən tutmuş uşaqlara alimentin ödənilməməsinə, ailədaxili zorakılıqları qədər ətraflı bəhs edib.

© Sputnik / Murad Orujov"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri mövzusunda Dəyirmi Masa - Sputnik Azərbaycan
1/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa

2/9

Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva - Sputnik Azərbaycan
3/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
© Sputnik / Murad Orujov"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan
4/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
© Sputnik / Murad Orujov"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
Sabiq millət vəkili Gülər Əhmədova - Sputnik Azərbaycan
5/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
© Sputnik / Murad Orujov"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
Psixoloq Zeynəb Əyyubova - Sputnik Azərbaycan
6/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
© Sputnik / Murad Orujov"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri mövzusunda Dəyirmi Masa - Sputnik Azərbaycan
7/9

Psixoloq Aytən Ələkbərova - Sputnik Azərbaycan
8/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
© Sputnik / Murad Orujov"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri mövzusunda Dəyirmi Masa - Sputnik Azərbaycan
9/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
1/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
2/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
3/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
4/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
5/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
6/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
7/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
8/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa
9/9
"Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa

Sonra millət vəkili Fazil Mustafa Azərbaycan ailələrində xeyli problemlərin olduğunu, onların üzərinə getməyin vacibliyini diqqətə çatdırıb. Millət vəkili iqtisadi cəhətdən təmin olunmamış qadınların ailələrdə böyük çətinliklərlə üzləşdiyinə diqqət çəkib. O, ailədə kişilərin üstünlük hüququ anlayışının kökündən yanlış olduğunu, ailələrin çoxunda əsəbi mühitin hökm sürdüyünü vurğulayıb. Deputat ailədəki problemlərin daha ciddi nəticələrə gətirib çıxarmaması üçün sivil boşanmanın daha uyğun çıxış yolu olduğunu diqqətə çatdırıb. Millət vəkili dövlətin ailələrlə bağlı sistemli addımlar atması lazım gəldiyini, qanunvericiliyə müvafiq əlavələrin edilməsinin vacibliyini, aliment fondunun yaradılması zəruriliyini qeyd edib.

Sabiq millət vəkili Gülər Əhmədova, tanınmış yazar Sevinc Fədai, ""Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli, psixoloqlar Zeynəb Əyyubova, Aytən Ələkbərova, tanınmış jurnalistlər Rumiyyə Miraslan, İradə Cəlil, Sevda Əsgər, "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyə Kərimova, tanınmış pedaqoqlar Südabə Səfixanova, Vəfa Rəhimova, "Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyinin fəal əməkdaşı Şəhla Hüseynova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət və digər tədbir iştirakçıları mövzu ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər.

Xəbər lenti
0