Bakıda nəqliyyatın hərəkəti, arxiv şəkli

Sürücülərin nəzərinə: Paytaxtın bu yolu bağlı olacaq

86
(Yenilənib 18:10 14.09.2018)
Bildirilib ki, ərazidə aparılan təmir işləri ilə əlaqədar olaraq 15 sentyabr gecə saat 23:00-dan 16 sentyabr 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

BAKI, 14 sentyabr — Sputnik. Binəqədi rayonu Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırlacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ərazidə aparılan təmir işləri ilə əlaqədar olaraq 15 sentyabr gecə saat 23:00-dan 16 sentyabr 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

86
Əlaqədar
Turizm cənnətinə aparan yol təmir ediləcəkmi?
Moldova prezidenti yol qəzasına uğradı
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Yol polisi kütləvi reydlər keçirir
Oğuzda yol qəzası olub, xəsarət alanlar var