CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bəzi ölkələrin vətəndaşları üçün əlverişli təhsil imkanları yaradılır

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişiklik dövlət başçısının müvafiq Sərəncamlarının icrası məqsədi ilə təklif olunur

BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası  keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda “Elm haqqında” qanunda dəyişikliyə baxılıb. Dəyişiklik dövlət başçısının müvafiq Sərəncamlarının icrası məqsədi ilə təklif olunur.

Dəyişikliyə əsasən, qanunun 39.6-cı maddəsində “beynəlxalq müqavilələr,” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı,” sözləri əlavə edilib.

“Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq” adlı 39-cu maddənin 39.6-cı bəndində deyilir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respubilkasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respubilkasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir. 

Празднование Дня знаний в одном из средних школ города Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil Nazirliyi direktorlara xəbərdarlıq etdi

Dəyişiklik Azərbaycan Prezidentinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respubilkasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respubilkasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli Sərəncamının icrası məqsədi ilə təklif olunur.

Komitə sədri İsa Həbibbəyli deyib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT), eyni zamanda, Qoşulmama Hərəkatının fəal üzvlərindən biridir. Bu il Qoşulmama Hərəkatının Nazirlər Şurasının iclası Azərbaycanda keçirilib. İƏT-in Azərbaycan ilə geniş əlaqələri var.

Onun sözlərinə görə, 57 ölkə İƏT-in üzvüdür və Qoşulmama Hərəkatında 120 ölkə təmsil olunur. Bu ölkələrin vətəndaşları gəlib Azərbaycanda təhsil ala bilərlər. Bu, bizim üstün mövqeyimizi göstərir və Azərbaycanın beynəlxalq imicinin yüksəkdilməsi üçün atılmış mühüm bir addımdır.

Dəyişiklik parlamentin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0